Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcəsini dəyişməmək qərarı fonunda dollar major valyutalar qarşısında bahalaşıb. Belə ki, EUR/USD valyuta cütlüyü 1.15290 səviyyəsindən 1.14500 səviyyəsinə qədər geriləyib.
Eyni müddət ərzində GBP/USD cütlüyü 1.34760 həddindən 1.33870 həddinə kimi zəifləyib. FED-in açıqlamasından sonra qızılın qiyməti əhəmiyyətli dərəcədə azalıb. Dəyərli metal 3395$-dan 3363$-a qədər eniş sərgiləyib. “Brent” markalı neftin qiyməti isə Yaxın Şərqdə münaqişənin səngiməməsi və Hörmüz boğazının bağlanması ehtimalları ilə bahalaşmağa davam edir. “Qara qızıl” hazırda 77$-a ticarət olunur.
FED uçot dərəcəsini illik 4.5% səviyyəsində saxlayıb. Bu barədə çərşənbə günü başa çatan iclasın yekunlarına dair Federal Açıq Bazar Komitəsinin (FOMC) bəyanatında qeyd olunub. Faiz dərəcəsinin saxlanılması ilə bağlı qərar FOMC-nin bütün üzvləri tərəfindən yekdilliklə qəbul edilib və iqtisadçıların əksəriyyətinin proqnozları ilə üst-üstə düşüb.
ABŞ mərkəzi bankının sədri Cerom Pauell çərşənbə günü başa çatan iki günlük iclasın yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib ki, FED pul-kredit siyasətinə düzəliş etməzdən əvvəl iqtisadiyyatın mümkün inkişaf trayektoriyası ilə bağlı əlavə məlumat toplamaq üçün yaxşı mövqedədir. Onun sözlərinə görə, pul-kredit siyasəti özü də iqtisadiyyatda baş verə biləcək hadisələrə vaxtında reaksiya vermək baxımından hazır vəziyyətdədir.
“Hazırda ABŞ Prezidenti Donald Tramp tərəfindən tətbiq edilmiş idxal rüsumlarının təsirinin miqyası, davametmə müddəti və bu təsirin nə qədər vaxt çəkəcəyi çox qeyri-müəyyəndir,” – deyə Pauell qeyd edib. Onun sözlərinə görə, bu il rüsumların artırılması qiymətlərin artmasına və ölkə iqtisadiyyatına təzyiq göstərməsinə səbəb olacaq. Amerika prezidenti Donald Tramp isə tənzimləyici qurum rəhbərini faiz dərəcəsinin endirilmədiyi üçün yenə tənqid edib.
Dünən dərc olunan məlumatlara əsasən, ABŞ-da 2025-ci ilin may ayında tikintisinə başlanılan evlərin sayı əvvəlki ayla müqayisədə 9.8% azalaraq illik ifadədə 1.256 milyon təşkil edib. Bu göstərici üçün son beş ilin ən aşağı səviyyəsidir. Tikinti üzrə İcazələrin Sayı da may ayında 2% azalaraq illik 1.393 milyon təşkil edib. Bu da, eyni qaydada, son beş ilin ən aşağı göstəricisidir. Ümumilikdə, ABŞ-da may ayında tikintisinə başlanılan evlərin sayı 2024-cü ilin may ayı ilə müqayisədə 4.4% azalıb.
Həmçinin, Amerikada İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı ötən həftə 5 min azalaraq 245 minə qədər enib. 2025-ci il iyunun 7-də başa çatan həftədə ABŞ-da işsizlik üzrə müavinət almaqda davam edənlərin sayı 1.951 milyondan 1.945 milyona qədər azalıb.
Əlavə olaraq, 2025-ci ilin may ayında Avrozonada istehlak qiymətləri illik ifadədə 1.9% artıb. Beləliklə, inflyasiya apreldəki 2.2%-dən sonra zəifləyib. Aprel ayı ilə müqayisədə isə qiymətlər dəyişməz qalıb. Enerji daşıyıcıları, ərzaq məhsulları və alkoqol kimi dəyişkən komponentlər nəzərə alınmadan hesablanan əsas inflyasiya göstəricisi (Core CPI) may ayında illik ifadədə 2.3% artıb. Böyük Britaniyada isə inflyasiya may ayında illik ifadədə 3.4%-ə qədər geriləyib.
Bu gün ABŞ-da Azadlıq Günü (Juneteenth) qeyd olunur. Bununla əlaqədar beynəlxalq birjalarda volatilliyin aşağı olması ehtimal olunur. İngiltərə Bankının (BoE) və İsveçrə Milli Bankının (SNB) faiz uçot dərəcəsi ilə bağlı bu gün açıqlanacaq qərarları investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləriu tərəfindən hazıranıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
28 d. əvvəl
Şirkətdə "bəzi səhmdarların paylarının geri alınması" üçün yığıncaq keçiriləcək
- 33 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp ABŞ-a idxal olunan ağır yük maşınlarına 25% gömrük rüsumu tətbiq etdi
-
1 saat əvvəl
Tramp 1 oktyabr tarixindən idxal dərmanlarına 100% rüsum tətbiq edəcək
-
1 saat əvvəl
Çin şirkətinin nümayəndə heyəti ilə görüş baş tutub, ARDNF "hazırıq" mesajını verib
- 1 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanın alüminium nəhəngi maliyyə göstəricilərini açıqladı - mənfəəti 5,7 dəfə artıb
-
15 saat əvvəl
Əhali tərəfindən Azərbaycana 1.4 milyard dollarlıq məhsul idxal edilib
-
15 saat əvvəl
Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
Son Xəbərlər

Rəsmi məzənnələr açıqlandı

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

Rusiyanın məhdudiyyətləri fonunda neft bahalaşıb

Bosch 13 min işçisini ixtisar edəcək

Azərbaycanın alüminium nəhəngi maliyyə göstəricilərini açıqladı - mənfəəti 5,7 dəfə artıb
Ən çox oxunanlar

Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər

“Azkredit"in xalis mənfəəti artıb

Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ

Unibank Xankəndidə sahibkarlar üçün təqdimat edib

Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq
