İnternet operator və provayderlərinin veb-saytlarında çatışmazlıqlar aşkar edilib
Təhlil aparılmış internet operator və provayderlərin veb-saytlarında yeni internet xidmətinə qoşulma prosesinin statusunun izlənilməsi, aylıq internet tariflərindəki dəyişikliklər barədə istifadəçilərin ən azı bir hesablaşma dövrü əvvəlcədən məlumatlandırılması və şikayət prosesinin bir hissəsi olan addımlar haqqında məlumatın verilməsi xidmətləri mövcud deyil.Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) internet telekommunikasiya xidmətləri göstərən operator və provayderlərin veb-saytlarının təhlilini həyata keçirib.
İKTA-nın yaydığı məlumatda bildirilir ki, müxtəlif kateqoriyalar üzrə təhlillər ümumilikdə bazarın 90%-dən çox hissəsini əhatə edən 26 operator və provayderin internet informasiya ehtiyatları üzrə aparılıb.
Bu operator və provayderlərə “AG Telekom” MMC, “Alfanet” MMC, “Azoptiknet” MMC, “AzQtel” MMC, “Aztelekom” MMC, “Aznet Technologies” QSC, “Azeronline LTD” BM, “Araznet Technologies” MMC, “BeeOnline” MMC, “Boss Group” MMC, “Eurosel” MMC, “Fast Net Technology” MMC, “Fibernet” MMC, “GammaSkynet” MMC, “GSP” MMC, “Kaspian Telekom” MMC, “Konnekt” QSC, “Metronet” MMC, “Rahat Telecom” MMC, “Selnet” MMC, “Setnet” MMC, “Smart Sistemz Technoloji” MMM, “SN Telecom” MMC, “Telekom İnvest” MMC, “Teleport” MMC və “Uninet” MMC daxildir.
Müəyyən edilib ki, qeyd edilən operator və provayderlərin saytlarının 22-də kommersiya istifadəçiləri üçün aylıq internet tarifləri ilə onlayn tanış olma imkanı mövcuddur, 19-da internetə qoşulma haqqını elektron ödəniş üsulları ilə ödəmək mümkündür, 14-də internet xidmətləri ilə bağlı problemləri bildirmək üçün internet xidməti provayderi səviyyəsində şikayət mexanizmi var.
Eyni zamanda saytların 13-də yeni internet bağlantısı üçün tələb olunan addımlarla bağlı məlumatın yayımlandığı, 12-də “E-Şikayət” sistemi ilə bağlı məlumatın, 12-də internetə qoşulma üçün tələb olunan sənədlərin siyahısının, 7-də “SpeedTest” ölçmələri üçün keçidin yerləşdirildiyi müəyyən olunub.
Həmçinin təchizatçıların saytlarının 8-də internet hesab-fakturasının ümumi məbləğinə daxil olan komponentlərin istifadəçilərə izah edildiyi, 2-də yeni internet qoşulmasına tamamilə onlayn şəkildə müraciət etməyin mümkün olduğu, 1-də yeni istifadəçinin internet xidmətinə qoşulması üçün təxmini müddət barədə məlumatın yerləşdirildiyi, 1-də şikayətdə bildirilə bilən problemlərin növünün qeyd edildiyi, 1-də isə planlaşdırılan internet kəsintilərinin istifadəçilərə əvvəlcədən ictimai elanlar və ya birbaşa bildiriş vasitəsilə çatdırıldığı məlum olub. Bundan əlavə, yalnız 1 provayderin saytında şikayət etmək üçün lazım olan sənədlərin siyahısı yerləşdirilib.
Təhlil aparılmış internet operator və provayderlərin veb-saytlarında yeni internet xidmətinə qoşulma prosesinin statusunun izlənilməsi, aylıq internet tariflərindəki dəyişikliklər barədə istifadəçilərin ən azı bir hesablaşma dövrü əvvəlcədən məlumatlandırılması və şikayət prosesinin bir hissəsi olan addımlar haqqında məlumatın verilməsi xidmətləri mövcud deyil.
Aparılan təhlillərin nəticələri toplanaraq mövcud çatışmazlıqların aradan qaldırılması üçün müvafiq olaraq operator və provayderlərə təqdim edilib.
İKTA bir daha bəyan edir ki, telekommunikasiya və poçt rabitəsi sahəsində istehlakçı hüquqlarının qorunması və rəqabətli mühitin formalaşması üçün fəaliyyətimizi davam etdirəcəyik.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 16 d. əvvəl
-
43 d. əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
58 d. əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
1 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 1 saat əvvəl
-
2 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı



























