3,5 milyon dollar xərclənmiş müəssisə 1 milyon manata özəlləşdirildi
Şəki rayonunun Daşüz kəndində yerləşən və əvvəllər kərpic zavodu kimi fəaliyyət göstərmiş müəssisə özəlləşdirilib.
Marja.az xəbər verir ki, əmlak 1 milyon manata satılıb.
Müəssisənin sahəsi 14 min 900 kvadratmetr, torpaq sahəsi 85 min 368 kvadratmetr təşkil edir.
Qeyd edək ki, Şəki-Balakən magistral yolunun kənarında, Daşüz kəndində yerləşən müəssisə 1993-cü ildən tikintisi yarımçıq qalmış kərpic zavodunun bazasında yaradılmışdır. Türkiyənin “York Produkcts İnc” şirkəti tərəfindən müəssisəyə 1 milyon 836 min ABŞ dolları həcmində kredit ayrılmışdı. Burada Türkiyənin “Maksann” firmasının istehsal etdiyi müasir avadanlıq quraşdırılmışdı. Müəssisə 2006-cı ildə fəaliyyətini bərpa etmişdi. Ümumilikdə müəssisəyə 3,5 milyon ABŞ dolları xərclənmişdi. Zavodda il ərzində 8 çeşiddə 20 milyonadək bişmiş kərpic, habelə digər tikinti materialları istehsal olunurdu.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
2 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
3 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 3 saat əvvəl
-
3 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 3 saat əvvəl
-
3 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı

























