Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dünən İngiltərə və Avrozonada açıqlanan İstehlak Qiymətləri İndeksi (CPİ) göstəriciləri, regionların inflyasiya trendlərini izləyən iqtisadçılar və bazar iştirakçıları üçün mühüm məlumatlar təqdim etdi.
İngiltərədə illik inflyasiya iyul ayında 3.8% səviyyəsinə yüksəlmişdir ki, bu da, bazar iştirakçılarının gözləntiləri olan 3.7% proqnozlarını aşdı. Bu artımda əsas rol benzin və qida qiymətlərinin əvvəlki ayla müqayisədə yüksəlməsi idi. Aylıq bazda isə CPİ 0.1% artmışdır. İstehlak Qiymərlərinin Baza İndeksi (Core CPİ) isə 2.7% səviyyəsində sabit qaldı ki, bu da, İngiltərə Bankının (BoE) hədəfi olan 2% səviyyəsindən bir qədər yüksəkdir.
Avrozonada isə illik CPİ 2.0% səviyyəsində sabit qaldı və gözləntilərlə tam uyumlu oldu. Manşet inflyasiya aylıq müqayisədə dəyişməz qalaraq 0.0% artım göstərdi. Baza inflyasiya isə illik müqayisədə 2.3% səviyyəsində qalaraq qiymət təzyiqlərinin nəzarət altında olduğunu göstərdi. Bu göstəricilər, Avropa Mərkəzi Bankının (ECB) faiz siyasətinə dair ehtiyatlı və stabilləşdirici tonunu dəstəkləyir.
Dünən FED-in 17–18 iyul 2025-ci il tarixində keçirilmiş son Açıq Bazar Komitəsi (FOMC) toplantısının protokolları dərc olunmuşdur. Protokollarda, Amerika iqtisadiyyatının yavaşlamasına baxmayaraq işsizlik səviyyəsinin sabit qaldığı və inflyasiyanın əsasən hədəf olan 2% səviyyəsinə yaxın olduğu qeyd edilmişdir.
FED nümayəndələri faiz dərəcələrinin cari səviyyədə saxlanılmasının, iqtisadi aktivlikdəki yavaşlamaya qarşı ehtiyatlı siyasət kimi qəbul edilməli olduğunu vurğulamışdır. Eyni zamanda, bəzi nümayəndələr iqtisadiyyatın gözləniləndən daha güclü performans göstərdiyi hallarda faizlərin artırılmasının nəzərdən keçirilə biləcəyini qeyd etmişdir.
Protokollarda həmçinin kredit bazarlarında qeyri-müəyyənliklərin davam etdiyi və qlobal bazarlardakı təzyiqlərin ABŞ maliyyə bazarları üçün risk yaratdığı bildirilmişdir.
İngiltərə və Avrozonada inflyasiya göstəricilərinin proqnozlarla uyğun gəlməsi, valyuta bazarlarında nisbi sabitliyə səbəb oldu. FED protokollarının dərc olunması, investorların ABŞ faiz siyasətində sabitlik gözləmələrini gücləndirdi və ABŞ istiqraz bazarında uzunmüddətli istiqrazların gəlirlilik səviyyəsi bir qədər aşağı düşdü. Bu, qlobal maliyyə bazarlarında riskli aktivlərə (aksiyalar və xam neft kimi aktivlərə) marağın artmasına gətirib çıxardı. Brent neftinin qiyməti 67.20$ səviyyəsinə qalxaraq son bir həftənin yüksəlişini davam etdirdi.
Bugün Böyük Britaniyada, Avrozonada, Almaniyada və Amerikada açıqlanacaq sənaye və xidmət sektorlarında, həmçinin kompozit Biznes Aktivliyi İndeksi göstəriciləri bazarın fokuslandığı ən önəmli xəbərlərdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 15 d. əvvəl
-
42 d. əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
57 d. əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
1 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 1 saat əvvəl
-
2 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı


























