Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ əmək bazarına dair göstəricilərin dərc olunması ərəfəsində dollar major valyutalar qarşısında bahalaşıb. Belə ki, ötən gün EUR/USD valyuta cütlüyü 1.17070 səviyyəsindən ucuzlaşaraq 1.16130 səviyyəsinə qədər geriləyib. Eyni müddət ərzində GBP/USD cütlüyü 1.35320 həddindən 1.33400 həddinədək kəskin şəkildə dəyər itirib.
USD/JPY cütlüyü 147.030 səviyyəsindən 148.940 səviyyəsinə qədər bahalaşaraq 1 avqust 2025-ci il tarixindən bu yana ən yüksək həddə qalxıb.
EUR/GBP cütlüyü 7 avqust tarixindən etibarən ilk dəfə 0.87120 səviyyəsinə kimi bahalaşıb. Qızılın qiyməti isə artmaqda davam edir.
Sarı metal bu gün səhər saatlarında 3546$-a qədər bahalaşaraq ardıcıl ikinci gündür ki, tarixi maksimumunu yeniləyib.
Rusiya-Ukrayna münaqişəsinin gərginləşməsi fonunda və “OPEC+” ölkələrinin qərarı ərəfəsində beynəlxalq birjalarda neftin qiyməti kəskin şəkildə dəyişir. “Brent” markalı neftin bir barel üçün dəyəri ötən gün 69.90$-a qədər yüksəldikdən sonra, qısa zaman ərzində 68.45$-a kimi geriləyib. Lakin, bir qədər sonra qiymət yenidən bahalaşaraq 69.65$-a qədər artıb.
ABŞ-da avqust ayına dair əmək bazarı haqqında hesabat cümə günü dərc olunacaq və Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcəsi ilə bağlı qərarına ciddi təsir göstərə bilər. Ekspertlər FED-in sentyabr iclasında faiz dərəcəsini endirmə ehtimalını təxminən 92% olaraq qiymətləndirirlər. Analitiklər proqnozlaşdırırlar ki, ötən ay ölkədə İşsizlik Səviyyəsi 4.2%-dən 4.3%-ə yüksəlib, Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı (NFP) isə 75 min nəfər artıb.
Bu arada, çərşənbə axşamı ABŞ-ın Təchizat İdarəetmə İnstitutu (ISM) bildirib ki, avqust ayında ölkənin İstehsal Sektorunda Biznes Aktivliyi İndeksi (ISM Manufacturing) (PMI) əvvəlki ay ilə müqayisədə 48 bənddən 48.7 bəndə yüksəlib, lakin analitiklərin 49 bəndlik proqnozunun altında qalıb. Digər tərəfdən, "S&P Global" şirkətinin təqdim etdiyi hesabata görə, Amerikanın sənaye sektorunda PMI 49.8 bənddən 53 bəndədək artıb.
Əlavə olaraq, bundan əvvəl FED sədri Cerom Pauell ABŞ əmək bazarı üçün risklərin artdığını qeyd etmiş və pul-kredit siyasətində düzəlişlərin lazım ola biləcəyini istisna etməmişdi. Analitiklər isə sentiyabr ayını ənənəvi olaraq fond bazarı üçün zəif ay hesab edirlər və gömrük rüsumları ilə bağlı qeyri-müəyyənliyin, FED-in qərarlarına dair narahatlıqların və mövsümi zəifliyin beynəlxalq birjalarda gərginlik yaratdığını qeyd edirlər.
Həmçinin, dünən Avropa İttifaqının Statistika İdarəsi tərəfindən təqdim edilən ilkin məlumatlara əsasən, Avrozonada avqust ayında istehlak qiymətləri illik ifadədə 2.1% artıb və iyul ayında qeydə alınan 2%-lik göstərici ilə müqayisədə inflyasiya sürətlənib. İstehlak qiymətləri avqustda aylıq ifadədə 0.2% artıb. İyulda isə qiymətlər əvvəlki ayın səviyyəsində qalmışdı.
Bu gün ABŞ-ın Əmək Nazirliyinin Statistika Bürosu tərəfindən açıqlanacaq Boş İş Yerləri və Vakansiyalar Hesabatı (JOLTS) investorların diqqət mərkəzində olacaq əsas xəbərdir. Əlavə olaraq, Türkiyədə dərc olunacaq İstehlak Qiymətləri İndeksi, Avrozonada, Almaniyada və Böyük Britaniyada açıqlanacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi, ABŞ-da dərc olunacaq Sənaye Sektorunda Sifarişlərin Həcmi və “Bej Kitab” bazar iştirakçılarının marağına səbəb olacaq. Eləcə də, Bakı vaxtı ilə 11:30-da Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışını da qeyd etmək lazımdır.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
7 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
8 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
- 11 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Kürdəmirdə “Bazarstore” açılır
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Avqustun 13-də gözlənilən hava şəraiti
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib


















