Energetika Nazirliyində “ACWA Power” şirkəti ilə külək enerjisi layihələrinin icrası müzakirə olunub
Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin baş icraçı direktoru Marco Arcelli ilə görüşüb.
Görüşdə “ACWA Power” şirkətinin Azərbaycanda yeni layihələr vasitəsilə fəaliyyətini genişləndirməsi məmnunluqla qeyd olunub. Azərbaycanın “yaşıl enerji” gündəliyinin reallaşdırılmasında şirkətlə tərəfdaşlıq çərçivəsində quruda və dənizdə sənaye miqyaslı külək enerjisi istehsalı, habelə ötürülməsi layihələrinin icrası müzakirə edilib.
240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının tezliklə tam gücdə istismara verilməsi istiqamətində görülən işlər nəzərdən keçirilib. Qeyd edək ki, layihə çərçivəsində indiyədək 30 külək turbini quraşdırılıb, 220/33 kV-luq yarımstansiyalardan birinin tikintisi başa çatdırılıb, digərində isə son tamamlama işləri aparılır. Həmçinin ixrac, eləcə də daxili istehlak məqsədilə yeni, əlavə “yaşıl enerji” güclərinin enerji sisteminə inteqrasiyası məqsədilə aparılan şəbəkə tədqiqatı çərçivəsində şirkətlə 200 MVt-lıq külək elektrik stansiyası layihəsinin həyata keçirilməsinə dair fikir mübadiləsi edilib. Naxçıvandan Türkiyəyə elektrik enerjisinin tədarükü məqsədilə aparılan araşdırmalar barədə məlumat verilib və burada “ACWA Power” şirkəti ilə külək enerjisi layihəsinin reallaşdırılması perspektivləri dəyərləndirilib. Söhbət zamanı dənizdə enerji istehsalı üzrə əməkdaşlığa da toxunulub. İxrac aspektində Qara dəniz sualtı kabeli və quruda Gürcüstan, Türkiyə vasitəsilə Azərbaycanı Avropa ilə əlaqələndirəcək interkonnektorların qurulması ilə bağlı görülən tədbirlərdən də bəhs edilib. Regionlararası bağlantıların, eyni zamanda elektrik enerjisi qədər məlumatların ötürülməsinin vacibliyi vurğulanıb. Hazırda fiber-optik komponentin enerji ötürücü xətti ilə paralel inkişaf etdirildiyi qeyd olunub.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
1 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
2 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 3 saat əvvəl
-
3 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı


























