ABB-nin son maliyyə durumu: gəlirləri artıb, mənfəəti yüksəlib
Aktivlərinin həcminə görə Azərbaycanın ən böyük bankı olan ABB (“Azərbaycan Beynəlxalq Bankı” ASC) 2025-cü ilin 9 ayını (yanvar-sentyabr) 261 milyon 323 min manat xalis mənfəətlə başa vurub. Bank ötən ilin eyni dövrünü 235 milyon 85 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, ABB-nin xalis mənfəəti 2025-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 26 milyon 238 min manat və ya 11,2% artıb.
GƏLİRLƏRİ ARTIB
Marja.az-ın məlumatına görə, 2025-cü ilin 9 ayı ərzində ABB-nin faiz gəlirləri 137 milyon 540 min manat və ya 20,6% artaraq 805 milyon 610 min manat, qeyri-faiz gəlirləri isə 98 milyon 303 min manat və ya 43% artaraq 326 milyon 488 min manat təşkil edib.
2025-cü ilin 9 ayı ərzində ABB-nin faiz xərcləri 117 milyon 797 min manat və ya 71,1% artaraq 283 milyon 425 min manat, qeyri-faiz xərcləri isə 87 milyon 230 min manat və ya 24,7% artaraq 439 milyon 877 min manat təşkil edib.
410 MİLYON MANATA YAXIN ƏMƏLİYYAT MƏNFƏƏTİ
2025-cü ilin yanvar-sentyabr dövründə ABB-nin cəmi əməliyyat gəlirlərinin 235 milyon 843 min manat artması müqabilində, cəmi əməliyyat xərcləri 205 milyon 28 min manat artıb. Gəlirlərdəki artım məbləği xərclərdəki artım məbləğini 30 milyon 815 min manat üstələdiyi üçün, ABB-nin əməliyyat mənfəəti bu məbləğdə artaraq ötən ilin 9 ayındakı 377 milyon 980 min manatdan cari ilin 9 ayında 408 milyon 796 min manata yüksəlib.
2025-cü ilin 9 ayı ərzində ABB gəlirindən 9 milyon 504 min manat faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlara ayırıb (ötən ilin eyni dövründə 4 milyon 283 min manat ayırmışdı). Bundan başqa Bank 84 milyon 252 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara yönəldib (ötən ilin 9 ayında 84 milyon 358 min manat yönəltmişdi), 53 milyon 717 min manat mənfəət vergisi hesablanıb (ötən ilin 9 ayında 54 milyon 255 min manat hesablanmışdı).
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
2025-cü ilin yanvar-sentyabr dövründə ABB-nin cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 451 milyon 748 min manat və ya 7,1% artaraq 30 sentyabr 2025-ci il tarixində 6 milyard 802 milyon 550 min manata çatıb. Bank ötən ilin sonunda 6 milyard 350 milyon 801 min manat cəmi kredit portfelinə malik idi.
2025-cü ilin yanvar-sentyabr dövründə ABB-nin qiymətli kağızlara investisiyalar portfeli 330 milyon 420 min manat və ya 9,3% azalaraq 3 milyard 203 milyon 550 min manata geriləyib.
BANKIN CƏMİ AKTİVLƏRİ 13 MİLYARD MANATIN ÜZƏRİNDƏ QALMAQDA DAVAM EDİB
30 sentyabr 2025-ci il tarixində ABB 13 milyard 324 milyon 522 min manat cəmi aktivlərə malik olub. Bank 2024-cü ilin sonunda 13 milyard 628 milyon 949 min manat cəmi aktivlərə malik idi. Bankın qiymətli kağızlara investisiyalarının və nağd vəsaitlərin azalması aktivlərin cüzi düşməsinə səbəb olub.
BANKDA ƏHALİNİN ƏMANƏTLƏRİ ARTIB
2025-cü ilin yanvar-sentyabr dövründə ABB-də depozitlər 392 milyon 103 min manat və ya 4,3% azalaraq8 milyard 627 milyon 47 min manata düşüb. O cümlədən, bankda fiziki şəxslərin depozitləri 397 milyon 821 min manat artıb, hüquqi şəxslərin depozitləri isə 789 milyon 924 min manat azalıb.
30 sentyabr 2025-ci il tarixində ABB 1 milyard 813 milyon 88 min manat məcmu kapitala malik olub. I dərəcəlikapitalınadekvatlıq əmsalı16,98%,məcmu kapitalınadekvatlıqəmsalı 19,78% təşkil edib.
Müştərilərin xəbərləri
Azərbaycan banklarının mənfəəti 1 milyard manatı keçib – Artımın 93%-i cəmi iki bankın hesabına təmin olunub
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 11 d. əvvəl
-
20 d. əvvəl
Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb
-
-
25 d. əvvəl
Azərbaycanda neftin qiymətinin 65 dollardan aşağı düşməsi ehtimalı az qiymətləndirilir
-
1 saat əvvəl
Almaniyanın Çin ilə ticarət kəsiri rekord həddə çatır – 100 milyard avronu ötəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dizel qiymətlərini endirmək üçün fövqəladə qərar qəbul edildi
- 3 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
15 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 15 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqlə! ®
Rəsmi məzənnələr açıqlandı
Azərbaycan banklarının mənfəəti 1 milyard manatı keçib – Artımın 93%-i cəmi iki bankın hesabına təmin olunub
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Ən çox oxunanlar
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
“Anglo Asian Mining”in mis hasilatı 4,1 dəfə artıb
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib

























