“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsi elan edildi
Azərbaycanın aparıcı korporativ maliyyə institutu PAŞA Bank və Deloitte Azərbaycanın əməkdaşlığı ilə həyata keçirilən “Best Managed Companies Azerbaijan 2026” biznes müsabiqəsi rəsmi olaraq elan olunub. Layihənin növbəti mərhələsinin reallaşdırılması məqsədilə tərəflər bu il də əməkdaşlıq müqaviləsini imzalayıblar.
Təqdimat mərasimi çərçivəsində keçirilən rəsmi tədbirdə layihənin əhəmiyyəti, tərəfdaşların ortaq səyləri və proqramın bu il ölkəmizdə 5 illik yubileyini qeyd etməsi xüsusi vurğulanıb.
Bu nüfuzlu biznes müsabiqəsinin əsas məqsədi Azərbaycanın aparıcı özəl şirkətlərini tanıtmaq və mükəmməl idarəetmə təcrübələrinin tətbiqini təşviq etməkdir. “Best Managed Companies” proqramı Deloitte Private tərəfindən hazırlanmış və özəl sektora yönəlmiş qabaqcıl beynəlxalq layihələrdən biridir.
Proqram Azərbaycanda Deloitte Azərbaycan və PAŞA Bank tərəfindən sponsorlaşdırılır, Azərbaycan Biznes İnkişaf Fondu, ADA Universiteti, AMCHAM Azerbaijan və İctimai Televiziya və Radio Yayımları Şirkəti isə tərəfdaş qismində iştirak edirlər.
Cavid Quliyev, PAŞA Bankın İdarə Heyətinin sədri:
“Best Managed Companies” proqramı artıq ölkəmizdə 5-ci ildir ki, uğurla həyata keçirilir. Biz PAŞA Bank olaraq, bu təşəbbüsün Azərbaycanın biznes mühitinin inkişafına verdiyi real töhfədən böyük qürur duyuruq. Müsabiqə şirkətlərə beynəlxalq standartlara uyğun mükəmməl idarəetmə sistemləri qurmaq, şəffaf və effektiv biznes modelləri formalaşdırmaq üçün unikal imkan yaradır. Əminik ki, bu proqram ölkə iqtisadiyyatının sağlam və dayanıqlı inkişafına dəstək göstərməyə davam edəcək.”
Nuran Kərimov, Deloitte Azərbaycanın İdarəedici Partnyoru:
“Best Managed Companies” layihəsi artıq Azərbaycanda beşinci ilini qeyd edir. Bu təşəbbüs ölkəmizdə biznesin inkişafına, şəffaf idarəetmənin və davamlı böyümənin təşviqinə mühüm töhfə verib. Proqram sayəsində yerli şirkətlər beynəlxalq standartlara uyğun idarəetmə modellərini tətbiq edir və bizneslərini növbəti səviyyəyə daşıyırlar. Biz Deloitte Azərbaycan komandası olaraq “Best Managed Companies” layihəsinin Azərbaycanda sahibkarlığın inkişafına verdiyi töhfədən böyük qürur duyuruq.”
“Best Managed Companies” mükafat proqramı ilk dəfə 1993-cü ildə Kanadada təsis edilib və bu günə qədər ölkənin ən nüfuzlu biznes mükafat proqramlarından biri kimi tanınır. Layihə hazırda 46 ölkədə, o cümlədən Çin, ABŞ, Cənub-Şərqi Asiya, Niderland, Belçika, Almaniya, Danimarka, Çexiya, İtaliya, İsveç, Norveç, Türkiyə, Meksika və Çilidə uğurla həyata keçirilir.
Azərbaycanda isə proqram 2021-ci ildən etibarən keçirilir. İndiyədək 50-yə yaxın şirkət iştirak edib və 11 şirkət “Best Managed Companies Azerbaijan” titulu ilə təltif olunub. Qaliblər arasında Araz Supermarketlər şəbəkəsi, AVRORA Qrup, Azerconnect Group, Bridge Group of Companies, Embawood, NORM Sement (iki dəfə qalib), SƏBA, OBA Market, Veysəloğlu Şirkətlər Qrupu (iki il ardıcıl qalib), METAK (dörd il ardıcıl qalib və Qızıl Mükafat laureatı) və Azərsun Holdinq yer alır.
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsində iştirak üçün müraciətlər 23 oktyabr 2025-ci il tarixindən etibarən qəbul olunur. Müraciət üçün linkə keçid edin.
Bu müsabiqə haqqında daha ətraflı məlumat üçün sayta keçid edin.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 46 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
1 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
1 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 2 saat əvvəl
-
2 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı



























