Nərimanovda yaşamaq istəyənlər üçün 36 ayadək faizsiz, daxili kredit və ya 20 illik ipoteka fürsəti
(®) Rahatlıq, keyfiyyət və premium yaşayış standartlarını bir araya gətirən “City Garden Narimanov” layihəsi hazırda mənzilləri faizsiz daxili kreditlə təklif edir. Kompleksdə hazırda faizsiz daxili kreditlə mənzil satışları davam edir, bu da alıcılara həm əlçatan şərtlərlə, həm də dəyəri daim artan layihədə investisiya etmək imkanı yaradır.
“Nəriman Nərimanov” metrostansiyasına cəmi 5 dəqiqəlik məsafədə yerləşən bu meqa layihə 57,21 m²-dən 169,74 m²-dək 2, 3, 4 otaqlı və studiya mənzil seçimləri, həm təhvilə yaxın, həm də tikintisi davam edən mənzillərlə müxtəlif üstünlüklər təqdim edir.

Təhvilə yaxın mənzillər dərhal yaşayış və ya kirayə gəliri imkanı yaradırsa, tikintisi davam edən mənzillər daha sərfəli şərtlərlə uzunmüddətli dəyər qazandıran seçim təklif edir.
Ətraf yollarla rahat inteqrasiya, xüsusilə Şəki dairəsindən çəkilən yeni yolun istifadəyə verilməsi gündəlik gediş-gəlişi xeyli asanlaşdırır. “City Garden Narimanov”da bütün mənzillər Avropa brendləri ilə premium səviyyədə təmirli şəkildə təhvil verilir və bu, alıcını əlavə təmir xərclərindən tam azad edir.

Layihədə planlama alıcı üçün maksimum itkisiz və optimaldır. Tikinti prosesində zəlzələyə davamlı Avropa istehsalı muftalı armatur birləşmələri, xüsusi xarici qəliblər, yanğına davamlı alüminium pəncərə sistemi, arqon qazlı premium şüşələr, İtaliya istehsalı yanmayan "Prysmian" elektrik kabelləri və səs-keçirməz alçıpan və fibro-sement arakəsmələrdən istifadə olunması layihənin keyfiyyətini artırır, həm təhlükəsizlik, həm də uzunömürlülük baxımından ciddi üstünlük yaradır.

Yeni nəsil səs və istilik izolyasiya sistemi enerjiyə qənaəti artıraraq qışda qaza olan tələbatı təxminən 2 dəfə azaldır. Kompleks daxilində 2 məktəb (özəl və dövlət), 2 bağça, böyük əyləncə mərkəzi, müasir klinika, “Mall”, fitness, qapalı hovuz, açıq hava kinoteatrı və 40-dan çox ticarət və iaşə obyektinin fəaliyyət göstərəcək olması sakinlərin gündəlik ehtiyaclarını bir ünvanda təmin edir. Parkinq problemi də tam həll olunub, həm açıq, həm də qapalı avtodayanacaq mövcuddur.

Mənzillər 20 illik ipoteka və ya 36 ayadək faizsiz daxili kreditlə təqdim olunur. Şəhərin mərkəzində premium yaşamın bir parçası olmaq istəyən hər kəs satış ofisinə yaxınlaşa və ya *1544-ə zəng edərək ətraflı məlumat ala bilər.
Ətraflı: *1544 / 050 293 10 10
Ünvan: Nərimanov rayonu, Xəzri küçəsi
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 53 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
1 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
2 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 2 saat əvvəl
-
2 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı

























