Dövlət 627 mənzili güzəştlə satır - AYLIQ ÖDƏNİŞ 176 MANATDAN BAŞLAYIR
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri – Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı barədə elan dərc edib.
Marja.az xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şossesi-Hava Limanı 12-ci km. “22” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə 1 mənzilin, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şossesi 8-ci km, “10L” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 7 mənzilin, Sumqayıt şəhəri, Bulvar küçəsi, 197 ünvanında yerləşən Sumqayıt Yaşayış Kompleksi üzrə 10 mənzilin, Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksi üzrə 10 mənzilin, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 10 may küçəsi, 590 saylı sahə ünvanında yerləşən Binəqədi Yaşayış Kompleksi üzrə 204 mənzilin, Şirvan şəhəri, Naxçıvan küçəsi, 58A ünvanında yerləşən Şirvan Yaşayış Kompleksi üzrə 216 mənzilin, Yevlax şəhəri, Rəşad Budaqov küçəsi, 1 ünvanında yerləşən Yevlax Yaşayış Kompleksi üzrə 179 mənzilin, ümumilikdə 627 mənzilin satışı 3 dekabr 2025-ci il tarixində saat 11:00-da başlayacaq və 12 dekabr 2025-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.
“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 9 dekabr 2025-ci il tarixində saat 11:00-da başlayacaq və 12 dekabr 2025-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.
“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla mida.gov.az internet saytının ana səhifəsində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.
Satışa çıxarılan mənzillər barədə ümumi məlumat:
Satışa Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə 1, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 7, Sumqayıt Yaşayış Kompleksi üzrə 10, Lənkəran Yaşayış Kompleksi üzrə 10, Binəqədi Yaşayış Kompleksi üzrə 204, Şirvan Yaşayış Kompleksi üzrə 216, Yevlax Yaşayış Kompleksi üzrə 179 mənzil olmaqla, ümumilikdə 627 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə:
2 otaqlı mənzilin qiyməti – 54 815 manatdır.
Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə:
4 otaqlı mənzillərin qiyməti – 94 050 manatdır.
Sumqayıt Yaşayış Kompleksi üzrə:
Studio tipli mənzillərin qiyməti – 50 200 manat,
4 otaqlı mənzillərin qiyməti – 105 800 manatdan başlayır.
Lənkəran Yaşayış Kompleksi üzrə:
3 otaqlı mənzilin qiyməti – 61 965 manat,
4 otaqlı mənzillərin qiyməti – 84 150 manatdan başlayır.
Binəqədi Yaşayış Kompleksi üzrə:
Studio tipli mənzillərin qiyməti – 48 120 manat,
2 otaqlı mənzillərin qiyməti – 69 240 manat,
3 otaqlı mənzillərin qiyməti – 87 480 manat,
4 otaqlı mənzillərin qiyməti – 118 800 manatdan başlayır.
Şirvan Yaşayış Kompleksi üzrə:
2 otaqlı mənzillərin qiyməti – 54 815 manat,
3 otaqlı mənzillərin qiyməti – 69 160 manat,
4 otaqlı mənzillərin qiyməti – 93 765 manatdır.
Yevlax Yaşayış Kompleksi üzrə:
Studio tipli mənzillərin qiyməti – 41 040 manat,
1 otaqlı mənzillərin qiyməti – 43 225 manat,
2 otaqlı mənzillərin qiyməti – 55 575 manatdan başlayır,
3 otaqlı mənzillərin qiyməti – 70 490 manatdan başlayır,
4 otaqlı mənzillərin qiyməti – 103 740 manatdır.
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda (illik 4% dərəcəsilə 30 il müddətinə) aylıq ödəniş mənzilin sahəsində və otaq sayından asılı olaraq - Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə 236 manat, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 404 manat, Sumqayıt Yaşayış Kompleksi üzrə 216 manat və 455-471 manat, Lənkəran Yaşayış Kompleksi üzrə 266 manat və 366-419 manat, Binəqədi Yaşayış Kompleksi üzrə 207 manat, 298 manat, 376 manat və 477 manat, Şirvan Yaşayış Kompleksi üzrə 236 manat, 297 manat və 403 manat, Yevlax Yaşayış Kompleksi üzrə 176 manat, 186 manat, 239-274 manat, 303-404 manat və 446 manatdır.
Vətəndaşların suallarının cavablandırılması "108" Çağrı Mərkəzi vasitəsilə həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
- 1 gün sonra
-
15 d. əvvəl
Taleh Kazımov Çində süni intellekt əsaslı həllərin nəzarət prosesində tətbiqini müzakirə edib
-
46 d. əvvəl
Dövlət 627 mənzili güzəştlə satır - AYLIQ ÖDƏNİŞ 176 MANATDAN BAŞLAYIR
-
1 saat əvvəl
Şirkətlərin cari hesablarda pulları azalır, bankların depozitlərdən "qidalanması" məhdudlaşır
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda kredit götürən şəxslər işsiz qalmaqdan sığortalanacaq
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
PULLU adam olmaq üçün ilk addımını at
Şirkətlərin cari hesablarda pulları azalır, bankların depozitlərdən "qidalanması" məhdudlaşır
Bankların kredit portfelinin artım tempi kəskin aşağı düşüb
Azərbaycanda kredit götürən şəxslər işsiz qalmaqdan sığortalanacaq
Ən çox oxunanlar
Birbank Yığım hesabı: Pulunuz hər gün gəlir gətirir
Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq - Dövlət Vergi Xidməti
SOCAR Midstream ağacəkmə aksiyası keçirib
Səyahət imtiyazlı kartlar üzrə xüsusi təklif
“AZINCLOUD” ilə məlumatlarını ölkə daxilində saxla!
“Azərkosmos” ümumi gəlirlərinin 66%-ni ixracdan qazanır


















.jpg)





