Azərbaycanda Rəqəmsal Logistika Platforması yaradılır
İdxal, ixrac və tranzit əməliyyatlarını vahid “elektron bir pəncərə” üzərindən idarə ediləcək.Azərbaycanda beynəlxalq ticarət əməliyyatlarının rəqəmsallaşdırılması istiqamətində mühüm addım atılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən beynəlxalq yükdaşıma əməliyyatları ilə bağlı proseslərin rəqəmsallaşdırılması, məlumatların xarici ticarət iştirakçıları ilə aidiyyəti dövlət orqanları arasında real vaxt rejimində inteqrasiyasının təmin edilməsi və ölkənin logistika sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədilə digər qurumların iştirakı ilə Rəqəmsal Logistika Platforması (DLP – Digital Logistics Platform) yaradılır.
Bu barədə Marja.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Qeyd edilib ki, “DLP” – idxal, ixrac və tranzit əməliyyatlarını vahid “elektron bir pəncərə” üzərindən idarə etməyi hədəfləyən innovativ platformadır. Prosedur və fəaliyyətlərin mümkün dərəcədə sadələşdirilməsini ehtiva edən informasiya sistemi ilk növbədə xarici iqtisadi fəaliyyətdə mövcud olan və kağız üzərində aparılan çoxsaylı pərakəndə və səmərəsiz proseslərin aradan qaldırılmasını, xarici ticarət iştirakçıları və aidiyyəti dövlət orqanları arasında rəqəmsal mühitdə məlumat mübadiləsinin və inteqrasiyaların təmin edilməsini, eləcə də proseslərin xarici ticarət iştirakçıları üçün əlçatan və vahid mərkəzdən idarə oluna bilməsini nəzərdə tutur.
Xarici iqtisadi fəaliyyət çərçivəsində idxal, ixrac və tranzit əməliyyatlarına dair sənədlərin əldə olunması üçün müxtəlif qurumlara ayrıca müraciət tələb olunur ki, bu da həm elektron, həm də fiziki prosedurların uzanmasına, vaxt itkisinə və eyni məlumatların təkrar təqdim edilməsinə səbəb olur. Bu baxımdan mal və nəqliyyat xidmətlərinin fasiləsiz hərəkətinin təmin olunması, sərhəd-keçid və nəqliyyat prosedurlarının beynəlxalq standartlara uyğunlaşdırılması üçün sadələşdirilmiş, istifadəçi yönümlü, “vahid pəncərə” prinsipi ilə işləyən, qurumların məsuliyyətini ayrı-ayrılıqda müəyyən edən və icra keyfiyyətini, həmçinin sürətini ölçmə imkanı verən bir nəqliyyat-logistika platformasının yaradılması təxirəsalınmaz tələb idi.
Qeyd olunan çağırışlara uyğun hazırlanacaq DLP informasiya sistemi nəqliyyat və logistika sahəsi üzrə fəaliyyətlərin şəffaflaşdırılması, sadələşdirilməsi, həmin fəaliyyətlərin operativliyinin, səmərəliliyinin və proqnozlaşdırma keyfiyyətinin artırılması, o cümlədən yük axınlarının “ağıllı” idarə edilməsi, daşınan yüklərin bütün hərəkət marşrutu boyunca izlənilməsi və yükdaşıma müddətlərinin optimallaşdırılması üçün əlaqəli proseslərin və sənəd mübadiləsinin rəqəmsallaşdırılmasını, aidiyyəti dövlət orqanlarının idxal-ixrac və tranzit əməliyyatlarına dair monitorinqlər aparmasını və statistik məlumatların emal olunmasını nəzərdə tutur.
Platforma dörd əsas moduldan ibarətdir:
• “Ticarət bələdçisi” modulu xarici iqtisadi fəaliyyət subyektlərinə məhsul üzrə axtarış zamanı seçilmiş daşıma və əməliyyat növünə (idxal, ixrac, tranzit) uyğun olaraq dövlət qurumlarının tələblərini və icra mərhələlərini addım-addım göstərir, tələb olunan sənədlər və icraçı qurumlar barəsində təqdim edir.
• “Ticarət xidmətləri” modulu xarici iqtisadi fəaliyyət zamanı tələb olunan sənədlərin vahid elektron müraciət əsasında əldə edilməsini təmin edir.
• “Rezervasiya modulu” yük sahibləri və daşıyıcılar arasında körpü rolunu oynayaraq elan yerləşdirmə və uyğun təklif əsasında tərəfdaşlıq imkanları yaradır.
• “Hesabatlılıq modulu” istifadəçilərin əməliyyatları əsasında ətraflı analitik hesabatların hazırlanmasını təmin edir. Modul məlumat əsaslı qərarvermə, dövlət qurumları üçün çevik hesabatların təqdim olunması kimi üstünlüklərə malikdir.
Platformanın əsas modullarından olan “Ticarət bələdçisi” artıq istifadəyə hazırdır. Modulda məhsul üzrə axtarış zamanı xidmətin rüsumu, icra müddəti və əlaqəli digər məlumatlar, həmçinin daşınma növü, əməliyyat növünə görə filtrləmə imkanları mövcuddur.
Platformada növbəti aylarda “Ticarət xidmətləri” modulunun istifadəyə verilməsi planlaşdırılır. Bu modul çərçivəsində xarici iqtisadi fəaliyyət üçün tələb olunan icazə, lisenziya və digər müvafiq sənədlərin platforma üzərindən əldə edilməsi nəzərdə tutulur.
“DLP” regionda logistika xidmətlərinin rəqəmsallaşdırılması sahəsində atılan ilk addımlardan biridir və Azərbaycanın beynəlxalq nəqliyyat qovşağı kimi mövqeyini gücləndirəcək. Bu təşəbbüs isə ölkədə rəqəmsal transformasiya istiqamətində növbəti mühüm mərhələ olacaq.
Platformanın yeniliklərindən vaxtında xəbərdar olmaq və təqdim olunan xidmətlərdən yararlanmaq üçün rəsmi veb-saytını izləyə bilərsiniz: Veb-sayt – https://dlp.gov.az/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
7 d. əvvəl
Lombard şirkəti "BQ" 52 investordan illik 15%-lə 2 milyon manat borc aldı
- 17 d. əvvəl
-
-
29 d. əvvəl
Nissan Çinin avtomobil istehsalçısı ilə danışıqlar aparır: Ortaq istehsal gündəmdədir
-
1 saat əvvəl
PAŞA Bank, Dövlət Vergi Xidməti aksizli mallar üzrə yeni rəqəmsal ödəniş həlli təqdim edib
- 2 saat əvvəl
-
2 saat əvvəl
"PAŞA Kapital"ın xalis mənfəəti artıb - ŞİRKƏTİN MALİYYƏ VƏZİYYƏTİ
-
2 saat əvvəl
"BRAND CREDİT" BOKT maliyyə göstəricilərini açıqladı - HESABATLAR VƏ AUDİTORUN RƏYİ
-
2 saat əvvəl
Xalq Bank Visa Direct to Account and Wallet xidmətini istifadəyə verdi
-
3 saat əvvəl
Bank sədri: "Bu il 100 milyon manatlıq istiqraz emissiyasını planlaşdırırıq"
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Səhmdarlarımız nominal qiymətdən 15.6% dividend gəliri əldə edəcəklər"
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Prezident İlham Əliyev Türkiyədə şəfərdədir
Aprelin 17-də gözlənilən hava şəraiti
"BRAND CREDİT" BOKT maliyyə göstəricilərini açıqladı - HESABATLAR VƏ AUDİTORUN RƏYİ
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Qırğızıstan vətəndaşlarının Azərbaycandakı BOKT-nun xalis mənfəəti 40 %-ə yaxın azalıb
“Teleradio”ya yeni rəhbər təyin edilib
Azərbaycanın iri bankı Özbəkistanda bank alır





.jpg)










.jpg)





