BVF dünya iqtisadiyyatının artım proqnozunu yüksəldib – Ölkələr üzrə yeni gözləntilər açıqlanıb
Beynəlxalq Valyuta Fondu (BVF) 2026-cı il üzrə qlobal iqtisadi artım proqnozunu 3%-dən 3,1%-ə yüksəldib. Fond 2027-ci ildə dünya iqtisadiyyatının 3,4% böyüyəcəyini gözləyir.
Marja.az xəbər verir ki, bu barədə BVF-nin oktyabr ayında dərc etdiyi “Dünya İqtisadiyyatının Perspektivləri” (World Economic Outlook) hesabatında bildirilir.
Hesabatda qeyd olunur ki, qlobal iqtisadiyyat yenidən dayanıqlılığını nümayiş etdirsə də, bu dayanıqlılıq ölkələr arasında bərabər paylanmayıb. Eyni zamanda iqtisadiyyatların qısamüddətli dövrdə dəyişən şəraitə uyğunlaşma imkanları sürətlə məhdudlaşır.
Yaxın Şərqdə davam edən müharibə və ticarət gərginliyindən qaynaqlanan təzyiqlərə baxmayaraq, 2026-cı ilin birinci yarısında iqtisadi fəallıq gözləntilərdən daha yaxşı olub.
BVF vurğulayır ki, süni intellektə yönəlmiş güclü investisiyaların təsiri altında texnologiya sektorunda müşahidə edilən inkişaf tələbi dəstəkləyən mühüm amilə çevrilib.
Fondun iyul proqnozunda 2026-cı ildə qlobal iqtisadi artım 3%, 2027-ci ildə isə 3,4% səviyyəsində gözlənilirdi.
Aprel ayında isə BVF müvafiq olaraq 3,1% və 3,2% artım proqnozlaşdırmışdı.
Qlobal inflyasiya yüksələcək
BVF-nin hesabatına əsasən, dünya üzrə ümumi inflyasiyanın 2026-cı ildə 4,7%-ə yüksələcəyi, 2027-ci ildə isə 4,1%-ə enəcəyi gözlənilir.
Fond inflyasiyanın artmasını əsasən enerji və ərzaq qiymətlərinin yaratdığı müvəqqəti bahalaşma ilə əlaqələndirir.
Hesabatda bildirilir ki, qlobal ticarət həcminin artım tempi 2026-cı ildə zəifləyəcək, 2027-ci ildə isə sabitləşəcək.
Bu prosesə gömrük tariflərinin mənfi təsiri, istehsal və təchizat zəncirlərinin yeni şəraitə uyğunlaşması, həmçinin texnologiya ilə əlaqəli ticarətin güclü qalması təsir göstərir.
BVF hesab edir ki, orta müddətdə qlobal iqtisadi disbalanslar yalnız məhdud dərəcədə azalacaq. İqtisadi artım perspektivləri isə tarixi göstəricilərlə müqayisədə zəif qalacaq və ölkələr arasında fərqlənməyə davam edəcək.
Yaxın Şərqdə müharibə dünya iqtisadiyyatı üçün əsas risklərdəndir
BVF qlobal iqtisadiyyat üçün risklərin əsasən mənfi istiqamətdə olduğunu bildirir.
Fond xəbərdarlıq edir ki, Yaxın Şərqdə münaqişənin uzun müddət həll olunmaması və ya gərginliyin daha da artması enerji və ərzaq qiymətlərinin yüksək və dəyişkən qalmasına səbəb ola bilər.
Bu isə inflyasiya təzyiqlərini yenidən gücləndirə, ölkələrin büdcə və xarici balanslarını pisləşdirə, iqtisadi artımı zəiflədə bilər.
ABŞ və Avrozonanın iqtisadi artım proqnozları
BVF ABŞ iqtisadiyyatının 2026-cı ildə 2,3% artacağına dair proqnozunu dəyişməyib. 2027-ci il üzrə artım gözləntisi isə 2,2%-dən 2,3%-ə yüksəldilib.
Avrozonada iqtisadi artım proqnozu 2026-cı il üçün 0,9%-dən 1,1%-ə qaldırılıb. 2027-ci il üzrə proqnoz isə 1,2% səviyyəsində saxlanılıb.
Fond Avropanın aparıcı iqtisadiyyatları üzrə proqnozlarında da dəyişikliklər edib.
Almaniya iqtisadiyyatının 2026-cı ildə 1,3%, 2027-ci ildə isə 1,1% böyüyəcəyi gözlənilir. Əvvəlki proqnozlar müvafiq olaraq 0,7% və 1% idi.
Fransa üzrə proqnozlar aşağı salınıb. Fond 2026-cı il üçün iqtisadi artım gözləntisini 0,6%-dən 0,4%-ə, 2027-ci il üçün isə 0,9%-dən 0,7%-ə endirib.
İtaliya iqtisadiyyatının 2026-cı ildə 0,8%, 2027-ci ildə isə 0,6% artacağı gözlənilir. Əvvəlki proqnozlar müvafiq olaraq 0,5% və 0,5% təşkil edirdi.
İspaniyanın iqtisadi artım proqnozu 2026-cı il üçün 2,1%-dən 2,5%-ə yüksəldilib. Gələn il üzrə proqnoz isə 1,8% səviyyəsində saxlanılıb.
Böyük Britaniya, Kanada və Yaponiya üzrə gözləntilər
BVF Böyük Britaniya iqtisadiyyatının 2026-cı ildə 1,3% artacağını proqnozlaşdırır. Əvvəlki proqnoz 1% idi.
2027-ci il üzrə gözlənti isə 1,3%-dən 1,2%-ə endirilib.
Kanada iqtisadiyyatının 2026-cı ildə 1,1%, 2027-ci ildə isə 1,7% artacağına dair proqnozlar dəyişdirilməyib.
Yaponiya üzrə 2026-cı il proqnozu 0,6%-dən 0,7%-ə yüksəldilib. 2027-ci il üzrə artım gözləntisi 0,7% səviyyəsində saxlanılıb.
Çin və Rusiya üzrə proqnozlar aşağı salınıb, Hindistan üzrə yüksəldilib
BVF inkişaf etməkdə olan iri iqtisadiyyatlar arasında Çin və Rusiya üzrə artım gözləntilərini azaldıb.
Çin iqtisadiyyatının 2026-cı ildə 4,5%, 2027-ci ildə isə 4% böyüyəcəyi proqnozlaşdırılır. Əvvəlki proqnozlar müvafiq olaraq 4,6% və 4,1% idi.
Hindistan üzrə artım gözləntiləri isə əhəmiyyətli dərəcədə yüksəldilib.
Fond Hindistan iqtisadiyyatının həm 2026-cı ildə, həm də 2027-ci ildə 7% artacağını gözləyir. Əvvəlki proqnozlar müvafiq olaraq 6,4% və 6,7% təşkil edirdi.
Rusiya iqtisadiyyatının isə hər iki ildə 0,9% böyüyəcəyi proqnozlaşdırılır. Əvvəlki qiymətləndirmələrdə hər iki il üçün 1,1% artım nəzərdə tutulurdu.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF-nin birgə layihəsi çərçivəsində “Zəfərin varisləri” proqramına start verilir - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 11 d. əvvəl
-
26 d. əvvəl
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
- 37 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
-
1 saat əvvəl
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®
Azərbaycanın şüşə istehsalçısı Dubaydakı nəhəng tikinti layihələrini hədəfləyir – 70 yeni iş yeri yaradılacaq
Ən çox oxunanlar
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
Cəbrayılda yeni içki zavodu açıldı – Prezident və birinci xanım açılışda iştirak etdilər
Leobank “Felis 2026”da qızıl mükafat qazanıb




















