Qax və Zaqatalada təsərrüfatlarına zərər dəymiş fermerlərə 22 268 manat sığorta ödənilib
Azərbaycanda dövlət aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı artmaqdadır. Ölkə üzrə Aqrar Sığorta Fondunun fermerlərə ödənişləri 20 milyon manatı keçib və bu məbləğ hər gün artmaqdadır.
Aqrar Sığorta Fondu tərəfindən Zaqatala və Qax rayonlarından olan fermerlərə növbəti sığorta ödənişi edilib. Zaqatala və Qax rayonlarında aqrar sığorta ödənişləri arpa sahələri və fındıq bağlarını əhatə edir. Bu ərazilərdəki dolu hadisəsi və vəhşi heyvanların hücumları nəticəsində baş verən zərərlər üzrə 22 268 manat sığorta ödənişi həyata keçirilib. Ödəniş qeyd olunan hadisələr üzrə təsərrüfatlarına zərər dəymiş Qax rayonunun Turaclı və Güllük kəndlərinin, eləcə də Zaqatalanın Ələsgər kəndinin sakinlərinə verilib.
8,4 hektar arpa sahəsini 254 manat ödəməklə sığorta edən Qax sakini doludan dəymiş zərərə görə Aqrar Sığorta Fondundan 8 808 manat ödəniş alıb.
2 hektar arpa sahəsini sığortalamaq üçün 61 manat sığorta haqqı ödəyən fermer 1 565 manat, 2,4 hektar arpa sahəsini 73 manata sığorta edən fermer isə doludan dəymiş zərər üzrə 1 868 manat sığorta ödənişi alıb.
Fındıq bağının sahibi 5,6 hektar bağı sığorta etmək üçün 1 194 manat sığorta haqqı ödəyib, doludan baş verən zərərlər üzrə isə ona 8 737 manat sığorta ödənişi edilib.
Fermerlərə ödənişləri təqdim edən Aqrar Sığorta Fondunun filial rəhbəri Toğrul Həşimzadə bildirib ki, qeyri-sabit iqlimə malik olan Şəki-Zaqatala zonasında aqrar sığorta xüsusilə vacibdir. İndiyədək bu regionda müxtəlif hadisələrdən dəyən zərərlər üzrə 2,5 milyon manat sığorta ödənişi verilib.
0,7 hektar fındıq bağını sığorta etmək üçün ümumilikdə 70 manat sığorta haqqı ödəyən Zaqatala sakini, vəhşi heyvan hücumu nəticəsində bağa dəyən zərərə görə 1 290 manat sığorta ödənişi alıb.
Aqrar sığorta mexanizmi ümumilikdə 41 bitkini çoxsaylı risklərdən qoruyur. Bura taxıl, tarla, bostan və tərəvəz bitkiləri, meyvə bağları, texniki bitkilər və sair aiddir. Aqrar sığorta haqqının yarısı dövlət tərəfindən ödənilir, nəticədə cüzi məbləğ ödəməklə əkin sahələrini sığortalamaq mümkündür.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 43 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
1 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
1 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 2 saat əvvəl
-
2 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı
























