"400–450 milyon dollarlıq valyuta bazarda satılmadı, Maliyyə Nazirliyinə transfer edildi"
"Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin təxminən 400 milyon ABŞ dolları həcmində valyuta bazarda satılmamışdır, çünki bu məbləğ üzrə tələbat formalaşmamışdır. Həmin vəsait valyuta şəklində Maliyyə Nazirliyinə transfer edilmişdir".
Marja.az-ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.
"Dəqiq rəqəm hazırda yadımda olmasa da, transfer göstəricilərinə baxmaqla bu məbləği dəqiqləşdirmək mümkündür. Ümumilikdə, təxminən 400–450 milyon ABŞ dolları həcmində vəsait bazarda satılmamış, həmin məbləğ Neft Fondu tərəfindən dollar şəklində xəzinəyə transfer olunmuşdur. Qeyd edim ki, bu vəsaitin bir hissəsi artıq istifadə olunub, bir hissəsi isə cari il ərzində istifadə olunacaqdır. Yəni, söhbət ondan gedir ki, bazarda satılmayan bu valyuta ehtiyatları tam itirilmiş və ya kənarda qalmış vəsait deyil, əksinə dövlətin maliyyə idarəçiliyi çərçivəsində planlı şəkildə istifadə ediləcək resurslardır",- Taleh Kazımov deyib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (ARDNF) 2025-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi 14 milyard 481 milyon manat (rəsmi məzənnə ilə 8 milyard 518,2 milyon ABŞ dolları) nəzərdə tutulmuşdu. 2025-ci il ərzində də ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 14 milyard 481 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Mərkəzi Bankın sədri bildirib ki, ötən il ərzində ümumilikdə valyuta təklifi tələbi üstələmişdir. Aylıq orta göstəricilərə əsasən, təklif təxminən 70 milyon ABŞ dolları, tələb isə 54 milyon ABŞ dolları səviyyəsində olmuşdur:
"2025-ci ilin yekunlarına görə, fiziki şəxslərin nağd valyuta əməliyyatlarında da təklif üstünlük təşkil etmişdir. Nəticədə banklar tərəfindən təxminən 423 milyon ABŞ dolları həcmində xalis valyuta alışları həyata keçirilmişdir. Bu da əhalinin banklara daha çox valyuta satdığını göstərir.
Valyuta bazarında təklif orta hesabla 50–400 milyon ABŞ dolları intervalında olmuşdur. Onu da qeyd edim ki, ilin nəticələrinə əsasən nağd fiziki şəxslərin valyuta əməliyyatlarında da təklif tələbi üstələmişdir. Nəticə etibarilə, xalis şəkildə banklar tərəfindən 423 milyon ABŞ dolları həcmində daha çox valyuta alınmışdır. Yəni, əhali banklara 423 milyon ABŞ dolları məbləğində daha çox valyuta satmışdır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
6 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
6 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!























