Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir
Əldə edilən xalis gəlirin 80%-i müştəriyə verilir, 20%-i isə banka qalır.Rabitəbank alternativ maliyyə ehtiyaclarının qarşılanması və bank sektorunda innovativ yanaşmaların təşviqi istiqamətində daha bir mühüm addım atıb. Bank 2 fevral 2026-cı il tarixindən etibarən İslam maliyyə prinsiplərinə əsaslanan Mudaraba və Murabaha məhsullarını təqdim etməyə başlayıb.
Marja.az Banka istinadən xəbər verir ki, yeni məhsullar Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tətbiq edilən xüsusi tənzimləmə rejiminə uyğun olaraq həyata keçirilir və ölkədə alternativ maliyyə alətlərinin inkişafına, bank xidmətlərinin əlçatanlığının artırılmasına, eləcə də maliyyə inklüzivliyinin gücləndirilməsinə xidmət edir.
Mudaraba- İslam prinsiplərinə uyğun sərmayə modeli
Mudaraba məhsulu üzrə cəlb edilən vəsaitlərin minimum məbləği 500 AZN, maksimum məbləği isə 500.000 AZN və ya onun USD/EUR ekvivalenti təşkil edir. Depozitin müddəti 3, 6, 9, 12 ay olaraq müəyyən edilir. Məhsuldan həm fiziki şəxslər, həm də sahibkarlar yararlana bilərlər.
Mudaraba çərçivəsində sərmayələr İslam bankçılığı prinsiplərinə uyğun şəkildə idarə olunur və əldə edilən xalis gəlirin 80%-i müştərilərə, 20%-i isə bankın marjası kimi bölüşdürülür. Müqavilə üzrə bank öz kapitalı ilə məsuliyyət daşıyır və bu məsuliyyət şərtləri müqavilədə açıq şəkildə qeyd olunur.
Murabaha – Faizsiz və şəffaf maliyyələşdirmə imkanı
Murabaha məhsulu sahibkarların dövriyyə vəsaitlərinə olan ehtiyaclarının qarşılanması, eləcə də əsas vəsaitlərin alınmasının maliyyələşdirilməsi məqsədilə təqdim olunur. Bu məhsul üzrə maliyyələşmə məbləği 30.000 AZN-dən 500.000 AZN və ya onun USD/EUR ekvivalentində, müddət isə maksimum 12 ay təşkil edir.
Murabaha çərçivəsində maliyyələşmə malların, iş və xidmətlərin alışı əsasında faizsiz şəkildə həyata keçirilir. Marja dərəcəsi müştəri maliyyələşdirilən zaman sabit məbləğ kimi hesablanır və komissiyasızdır. İslam bankçılığı prinsipləri ilə qadağan edilməyən bütün biznes sahələrinin maliyyələşdirilməsi mümkündür. Bu məhsuldan həm hüquqi şəxslər, həm də fərdi sahibkarlar yararlana bilərlər.
Rabitəbank bu təşəbbüslə müasir bankçılıq təcrübəsini alternativ maliyyə modelləri ilə birləşdirərək müştərilərin dəyişən maliyyə ehtiyaclarına uyğun yeni və etibarlı imkanlar yaradır.
Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsilə bank xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
15 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 16 saat əvvəl
-
17 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək





















