Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
Ölkənin birinci bankı Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlığa start verilib.
Tərəflər yeni əməkdaşlığı ötən gün imzaladıqları memorandum ilə rəsmiləşdiriblər. Memorandum çərçivəsində akademiya və bank arasında təcrübə proqramlarının həyata keçirilməsi, tələbələrin elmi fəaliyyətində bank mütəxəssislərinin dəstəyi, birgə tədris planının hazırlanması, müxtəlif mövzularda təlimlərin, elmi konfransların təşkili kimi bir çox məqamlar nəzərdə tutulub.
Tədbiri giriş sözü ilə açan Milli Aviasiya Akademiyasının birinci prorektoru Ədalət Səmədov qonaqlara təhsil ocağının fəaliyyəti, strukturu və inkişaf mərhələləri barədə məlumat verib. Daha sonra prorektor Gülnarə Əhmədova Akademiyanın rektoru, akademik Arif Paşayevin Azərbaycan elminin, xüsusilə mülki aviasiya sahəsinin inkişafındakı töhfələrindən söhbət açıb.
Bir ekosisteminin və Kapital Bank-ın Baş İcraçı direktoru Fərid Hüseynov isə Akademiya ilə əməkdaşlığın bankın gələcəyə baxışını daha da gücləndirdiyini vurğulayıb: “Bu gün imzaladığımız memorandum əməkdaşlığımızı yeni mərhələyə daşıyır. Biz istəyirik ki, tələbələriniz sabahın mütəxəssisləri kimi yetişərkən bizim ekosistemin imkanlarından, təcrübə proqramlarımızdan və real layihələrimizdən maksimum faydalansınlar”.
Qeyd edək ki, tədbirdə Təhsilin İnkişafı Fondu və Milli Aviasiya Akademiyası arasında da əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən Akademiya TələbəPlus layihəsinə qoşulub. Xatırladaq ki, ötən il Kapital Bank, Təhsilin İnkişafı Fondu və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında bağlanan memoranduma əsasən TələbəPlus layihəsi start götürüb. Layihə tələbələrə sosial layihələrdə iştirak etmək, yüzlərlə partnyor mağazalarında endirimlərdən yararlanmaq, Birbank mobil tətbiqində kart xərclərinə nəzarət etmək kimi, bir çox rəqəmsal fürsətlər təqdim edir.
Gənclərin maliyyə savadlılığının artırılmasına yönələn layihə ilə bağlı çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli bildirib ki, TələbəPlus layihəsinin əsas məqsədi tələbələri dəstəkləmək, onların sosial rifahını yaxşılaşdırmaq və təhsillərinə daha çox vaxt ayırmaları üçün əlverişli şərait yaratmaqdır. O qeyd edib ki, Milli Aviasiya Akademiyasının layihəyə qoşulması ilə ali təhsil müəssisələrinin sayı 27-yə çatıb, layihədən faydalanan tələbələrin sayı isə 200 mindən çoxdur.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
1 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
2 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 3 saat əvvəl
-
3 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı

























