Asiya İnkişaf Bankı, Unicapital və ABB Invest beynəlxalq forumda iştirak ediblər
“Azərbaycan üçün İnkişafın Növbəti Mərhələsi: Yaşıl və Davamlı Artım Üçün Kapital Bazarları”10 fevral tarixində Asiya İnkişaf Bankı (AİB), “Unicapital İnvestisiya Şirkəti” ASC (Unikapital) və ABB-Invest İnvestisiya Şirkəti QSC (ABB Invest) Azərbaycanda kapital bazarlarının inkişafı ilə bağlı beynəlxalq forum təşkil edib.
AİB-in ölkə üzrə direktoru Sünniyə Durrani-Camal, Unicapital-ın baş direktoru Vüqar Namazov və ABB Invest-in baş direktoru Nadir Babazadə “Azərbaycan üçün İnkişafın Növbəti Mərhələsi: Yaşıl və Davamlı Artım Üçün Kapital Bazarları” forumunda açılış nitqi ilə çıxış edib.
Tədbirin məqsədi kapital bazarının inkişafı üçün imkanlar yaratmaq, eləcə də qlobal və regional səviyyədə tendensiyalara və Azərbaycanda kapital bazarı formalaşdıran tənzimlənmə mexanizmlərinin inkişafına dair fikir mübadiləsinə təkan verməkdir. Tədbirdə səmərəli və dayanıqlı kapital bazarlarına dəstək olmaq üçün güclü maliyyə infrastrukturuna, rəqəmsal transformasiyaya və risklərin idarə edilməsi alətlərinə olan ehtiyac vurğulanıb. AİB digər inkişaf etməkdə olan üzv ölkələrdə əldə etdiyi uğurları və praktiki nümunələri təqdim edib. Bank, həmçinin ənənəvi və ƏSİ (ESG) maliyyələşməsinə dair imkanlar da daxil olmaqla, mövcud və potensial emitentlər üçün bilik mübadiləsi təşkil edib. Beynəlxalq korporasiyalar, inkişaf tərəfdaşları, beynəlxalq maliyyə qurumları, dövlət müəssisələri, habelə özəl və maliyyə sektorundan 60-dan çox iştirakçı tədbirdə iştirak edib.
“Unicapital İnvestisiya Şirkəti” ASC müştərilərinə kapital bazarlarında müasir, təhlükəsiz və rahat həllər təqdim edən Azərbaycanın aparıcı investisiya şirkətlərindən biridir. Şirkət 2007-ci ildən qiymətli kağızlar bazarında peşəkar iştirakçıdır, eyni zamanda Bakı Fond Birjasının ilk və ən uzunmüddətli üzvüdür. Hazırda şirkətin müştərilərinin sayı 1.000.000-u keçib.
Unicapital kapital bazarları vasitəsilə kapital cəlb etməkdə fəal iştirak edir və Azərbaycanda beynəlxalq yaşıl maliyyə standartlarına uyğun ilk istiqrazların anderrayteri kimi çıxış edib.
Unicapital-ın nizamnamə kapitalı tamamilə “Unibank KB” ASC-yə məxsusdur.
Cəmi dövriyyəsinə görə bazarda lider mövqedə olan ABB Invest investorlara vahid elektron platforma vasitəsilə həm yerli, həm də beynəlxalq bazarlarda, o cümlədən ABŞ hökuməti və korporativ istiqrazları da daxil olmaqla, səhmlərə və istiqrazlara maneəsiz çıxış imkanı təqdim edir. Hesablar birbaşa müştərinin adına rəsmiləşdirilir və SIPC sığortası ilə təmin edilir, bu da aktivlərin tam qorunmasını və etibarlılığını təmin edir.
ABB Invest bir sıra yerli və xarici emitentlərin istiqrazlarını Azərbaycanda kapital bazarında bir ilk olaraq geniş investor kütləsinin elektron platforma vasitəsilə əldə etməsinə imkan yaratmış və yerləşdirmə prosesini uğurla həyata keçirmişdir.
AİB Asiya və Sakit Okean regionunda dayanıqlı, inklüziv və davamlı inkişafı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf bankıdır. AİB üzv ölkələr və tərəfdaşları ilə birlikdə mürəkkəb çağırışları həll edərkən, insanların həyatlarını yaxşılaşdırmaq, keyfiyyətli infrastruktur qurmaq və planetimizi qorumaq üçün innovativ maliyyə alətlərindən istifadə edir və strateji əməkdaşlıqlardan yararlanır. AİB 1966-cı ildə yaradılıb, 50-i regiondan olmaqla bankın 69 üzvü onun səhmdarlarıdır.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat sonra
- 11 d. əvvəl
-
-
22 d. əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 26 d. əvvəl
-
1 saat əvvəl
Tabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
1 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
1 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
-
1 saat əvvəl
20 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub - SİYAHI, YENİLƏNİR
-
2 saat əvvəl
Mərkəzi Bank: Gündəlik 20 min manatlıq kart köçürmələri şübhə yarada bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
13%-lik istiqrazları 71 investor aldı
Ən çox oxunanlar
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
“Azər Türk Bank”ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
ATB-nin xalis mənfəəti 62% artıb
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb ®























