Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
2025-ci ildə Azərbaycanda ümumi sahəsi 4 milyon 629.5 min kvadrat metr olan 35390 ədəd yaşayış evi tikilib istifadəyə verilib.
Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, 2024-cü illə müqayisədə tikilən evlərin sayı 75.6% və ya 15241 ədəd artıb. Belə ki, 2024-cü ildə ölkədə ümumi sahəsi 2 milyon 361.6 min kvadrat metr olan 20149 ədəd yaşayış evi tikilib istifadəyə verilmişdi.
Qeyd edək ki, hesabat dövründə tikilib istifadəyə verilmiş fərdi yaşayış və bağ evlərinin sayı 25350 ədəd ( illik müqayisədə 2.2 dəfə çox), bina evlərinin sayı isə 10040 ədəd ( illik müqayisədə 16.4% çox) təşkil edib.
Xatırladaq ki, ötən il 2684 yerlik 5 ümumi təhsil müəssisəsi tikilib istifadəyə verilib.
© APA
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 19 d. əvvəl
-
46 d. əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
1 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
1 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 2 saat əvvəl
-
2 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı


























