Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Banklard 13.3 mlrd. manat ekvivalentində xarici valyutada depozitlər var.2025-ci ildə maliyyə sektoru çıxılmaqla depozit portfeli 2024-cü ilə nəzərən 1.6% artaraq 37.8 mlrd. manata çatmışdır. O cümlədən müddətli depozitlər 10.1% artaraq dekabr ayının sonuna 16 mlrd. manat, cari depozitlərin həcmi isə 3.8% azalaraq 21.8 mlrd. manat təşkil etmişdir.
Marja xəbər verir ki, bu, Mərkəzi Bankın Pul Siyasəti İcmalının Fevral - 2026 sayında bildirilir.
Qeyd edilib ki, il ərzində hüquqi şəxslərin cəmi depozitləri 6.7% azalaraq 21 mlrd. manat təşkil etmişdir. Bu dövrdə hüquqi şəxslərin depozitlərində cari hesabların payı 0.7 faiz bəndi (f.b.) azalaraq 73%, müddətli depozitlərin payı isə 0.7 f.b. artaraq 27% olmuşdur.
2025-ci ilin sonuna xarici valyutada əmanət və depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi 2.5 f.b. azalaraq 29.7%-ə enmişdir. Xarici valyutada əmanət və depozitlərin M3 pul aqreqatında xüsusi çəkisi isə 2.2 f.b. azalaraq 18.9% təşkil etmişdir.
Fiziki şəxslərin cəmi əmanətləri il ərzində 14.4% artmaqla 16.8 mlrd. manata çatmışdır. Müddətli əmanətlərdə ən böyük payı (50.2%) müddəti 1 ilə qədər olan əmanətlər təşkil etmişdir.
İl ərzində manatla depozitlər 5% və ya 1.2 mlrd. manat artaraq 24.5 mlrd. manat, xarici valyutada depozitlər isə 4% və ya 549 mln. manat azalaraq 13.3 mlrd. manat ekvivalentində olmuşdur.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 2025-ci il ərzində 2.8 f.b. azalaraq 30.8% təşkil etmişdir. Qeyri-rezident fiziki şəxslərin əmanətləri çıxılmaqla ev təsərrüfatlarının əmanətlərinin dollarlaşma səviyyəsi isə 2.6 f.b. azalaraq 28%-ə enmişdir.
Hüquqi şəxslərin depozitlərində xarici valyutanın payı son 1 ildə 0.9 f.b. azalaraq 38.5%-ə enmişdir.
İl ərzində manatla yeni cəlb edilmiş depozitlər üzrə faizlər 1.8 f.b., xarici valyutada yeni cəlb edilmiş depozitlər üzrə isə 0.2 f.b. azalmışdır
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
7 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
7 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 8 saat əvvəl
-
8 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 8 saat əvvəl
-
8 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı
























