“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Azərbaycanda kənd təsərrüfatı sektorunun lider şirkətlərindən “Prior Leasing” ASC-nin maliyyə dayanıqlılığını daha da gücləndirmək məqsədilə nizamnamə kapitalı artırılaraq 5 milyon manatdan 8 milyon manata yüksəldilib.
Şirkətdən "Marja.az"a verilən məlumata görə, bu addım ”Prior Leasing”in sektordakı uzunmüddətli liderliyi ambisiyasının və davamlı, şəffaf inkişaf modelinin real maliyyə təzahürüdür. Şirkətin son illərdəki sürətli böyümə dinamikası özünü əsas əməliyyat göstəricilərində də aydın büruzə verir. Belə ki, həyata keçirilən məqsədyönlü fəaliyyət nəticəsində lizinq portfelində 35 %, aktiv müştəri sayında isə 20 % artım qeydə alınıb.
Kapitalın artırılması şirkətin balans strukturunun optimallaşdırılmasına və prudensial göstəricilərinin gücləndirilməsinə xidmət edərək maliyyə dayanıqlılığını əhəmiyyətli dərəcədə möhkəmləndirir. Bu qərar, həmçinin şirkətin uzunmüddətli inkişaf strategiyasına uyğun olaraq, xidmət portfelinin genişləndirilməsinə və yeni layihələrin reallaşdırılmasına zəmin yaradır. “Prior Leasing” xidmətdə əlçatanlığı yüksəltmək məqsədilə 2026-cı ilin sonuna qədər xidmət şəbəkəsini 25 % genişləndirərək satış nöqtələrinin sayını 26-ya çatdırmağı hədəfləyir.
“Prior Leasing” kənd təsərrüfatı başda olmaqla nəqliyyat-logistika, tikinti və xidmət sahələrində daha böyük və strateji əhəmiyyətli layihələri maliyyələşdirmək iqtidarındadır. Xüsusilə regionlarda fəaliyyət göstərən fermer və sahibkarların texnikalara və avadanlıqlara çıxış imkanlarının artırılması, o cümlədən müştərilər üçün daha çevik və rəqəmsal lizinq həllərinin tətbiqi şirkətin əsas prioritetlərindəndir.
Qeyd edək ki, “Prior Leasing” ASC 2014-cü ildə təsis edilib. Şirkət kənd təsərrüfatı və tikinti texnikalarının, eləcə də yeni nəsil avtomobillərin lizinqlə satışını həyata keçirir. Müasir yanaşma və müştəriyönümlü xidmət prinsiplərinə əsaslanan “Prior Leasing” təklif etdiyi İtaliya, Türkiyə, İsveç, Çin və sair ölkələrə məxsus brendlərin aqrotexnikaları ilə bu illər ərzində bazarda etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirib.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 14 d. sonra
-
12 d. əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
27 d. əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 33 d. əvvəl
-
48 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
55 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 1 saat əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı

























