Müsahibədə özünüz haqqında düzgün danışmaq və işə qəbul olmaq
Xəbər AzVak.az-ın dəstəyilə təqdim olunur.
Özünüzü uğurla təqdim etmək və işə qəbul olmaq üçün, hətta yaxşı təcrübə olsa belə, təəssüratı poza biləcək tipik səhvlərdən qaçmaq vacibdir.
Dürüstlük hər şeydən önəmlidir
Karyeranızda heç vaxt boşluqları gizlətməyin və ya "ağ ləkələr" buraxmayın. Potensial rəhbər boşluqlar barədə suallar verəcək, ona görə də bütün yolu qısa və dürüst şəkildə izah etmək daha yaxşıdır.
Peşəkar nəticələrə fokuslanın
Yalnız əvvəllər çalışdığınız vəzifələri sadalamaqla kifayətlənməyin — konkret rəqəmlər, göstəricilər, statistika əlavə edin. Məsələn: "satışları artırdım" demək əvəzinə — "mənim rəhbərliyim altında şöbənin satışları ildə 20% artmışdır" söyləyin. Yaxşı hazırlanmış portfel, iş nümunələri və ya sayt linki işəgötürənə sizin effektivliyinizi tez qiymətləndirməyə kömək edir
Tərtibat və detallara diqqət
• CV-nin orfoqrafiyasını, punktuasiyasını (durğu işarələrindən düzgün istifadə) və formatını yoxlayın,
• Əvvəllər çalışdığınız şirkət adlarını düzgün göstərin,
• CV strukturlaşdırılmış olmalı, təcrübənizi və motivasiyanızı əks etdirməlidir.
Fərdi yanaşma
Qısa, amma səmimi təsvir sizi digər namizədlərdən fərqləndirir və işəgötürənin diqqətini cəlb edir.
XXX
Özünüz haqqında müsahibədə necə danışmaq lazımdır ki, işə qəbul olunasanız.
İş bioqrafiyasındakı boşluqları müsahibədə gizlətmək olmaz.
Müsahibədə özünüz haqqında uğurla danışmaq və işə qəbul olmaq üçün, yaxşı təcrübə olsa belə, təəssüratı korlayan əsas səhvlərdən qaçmaq vacibdir.
Birincisi, peşəkar yolunuzda bəzi təcrübələri qeyri-vacib hesab edib onları gizlətmək və ya boşluqlar buraxmaq heç vaxt düzgün deyil. Potensial rəhbər belə “ağ ləkələri” görən kimi mütləq əlavə suallar verəcək və siz hər halda həmin dövrləri izah etməli olacaqsınız. Ona görə də artıq şübhə yaratmamaq üçün əvvəlcədən bütün yolunuzu qısa, lakin dürüst şəkildə təsvir etmək daha effektivdir.
“Əgər sizə elə gəlirsə ki, əvvəlki iş yeriniz sizi peşəkar kimi xarakterizə etmir, yenə də onu qeyd edin. Lakin diqqəti peşəkar kompetensiyalara (dəyər qazandıran qabiliyyətlərinizə), motivasiyaya və aktual bacarıqlara yönəldin. İşəgötürənlər üçün bu faktlar anlaşılmaz "ağ ləkələrin" olmaması qədər vacibdir”.
Əgər karyeranızda həqiqətən fasilələr olubsa, onların səbəbini dürüst şəkildə izah etmək daha yaxşıdır. Məsələn, yorğunluq və tükənmənin qarşısını almaq üçün istirahət etmək istəyi və ya təhsil almaq. Bir çox işəgötürənlər digər göstəricilər uyğun olduqda buna anlayışla yanaşırlar.
İkincisi, əvvəlki iş yerlərində yalnız vəzifə öhdəliklərini sadalamaq kifayət deyil. Onları konkret nəticələrlə – rəqəmlər, göstəricilər və statistika ilə tamamlamanız vacibdir. Bu, sizin real töhfənizi göstərir. Məsələn, layihə həyata keçirmisinizsə, onun hansı nəticələrə çatdığını qeyd edin. Keyslərin (işlərin) təsviri və ya sayta keçidi olan yaxşı hazırlanmış portfel işəgötürənə sizin effektivliyinizi tez qiymətləndirməyə imkan verən ciddi üstünlükdür.
Əməyinizin nəticələrini rəqəmlər və faizlərlə göstərmək işəgötürənə sizi daha düzgün qiymətləndirməyə kömək edəcək. Məsələn, “yeni əməkdaşların təliminə kömək edirdim” kimi ümumi ifadə əvəzinə “10 təcrübəçini öyrətdim, onlardan 5-i ştata qəbul edildi və şirkətdə bir ildən çox işlədilər” kimi konkret məlumat vermək daha yaxşıdır. Həmçinin “satışları artırdım” demək əvəzinə “mənim rəhbərliyim altında bir il ərzində şöbənin satışları 20% artdı” yazmaq daha məqsədəuyğundur.
Tərtibat və detallara diqqət də böyük əhəmiyyət daşıyır. Orfoqrafik və punktuasiya səhvləri (durğu işarələrindən səhv istifadə), tanınmış şirkət adlarının yanlış yazılması və ya CV-də formatlaşdırmanın olmaması dərhal diqqət çəkir və işə münasibətdə səhlənkarlıq təəssüratı yaradır.
"İşəgötürənlər CV mətninin namizədin özü tərəfindən yazılmasını, şəxsi təcrübəni və motivasiyanı əks etdirməsini yüksək qiymətləndirirlər. Təsvir çox geniş olmasa belə, səmimilik və fərdi yanaşma həmişə müsbət diqqət çəkir və digər namizədlərdən fərqlənməyə kömək edir. CV-ni strukturlaşdırmağa çalışın ki, onu oxumaq asan olsun. Əks halda, onun sonuna qədər oxunmaması riski var”.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat sonra
- 9 d. əvvəl
-
-
20 d. əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 24 d. əvvəl
-
1 saat əvvəl
Tabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
1 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
1 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
-
1 saat əvvəl
20 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub - SİYAHI, YENİLƏNİR
-
2 saat əvvəl
Mərkəzi Bank: Gündəlik 20 min manatlıq kart köçürmələri şübhə yarada bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
13%-lik istiqrazları 71 investor aldı
Ən çox oxunanlar
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
“Azər Türk Bank”ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
ATB-nin xalis mənfəəti 62% artıb
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb ®
























