ABŞ Rusiya neftinin alınmasına müvəqqəti icazə verdi
12 mart tarixinədək gəmilərə yüklənərək dənizə çıxmış Rusiya nefti və neft məhsulları ölkələr tərəfindən alına bilərABŞ-ın Maliyyə naziri Scott Bessent bildirib ki, hazırda dənizdə qalmış Rusiya neftinin alınmasına qlobal təchizatın əlçatanlığını artırmaq məqsədilə müvəqqəti icazə verilib.
Marja xəbər verir ki, Bessent sosial media hesabında mövzu ilə bağlı paylaşım edib.
O qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp qlobal enerji bazarlarında sabitliyi təşviq etmək üçün qəti addımlar atır. Bessentin sözlərinə görə, ABŞ bir tərəfdən İran tərəfindən yaradılan “təhdid və qeyri-sabitliklə” mübarizə aparır, digər tərəfdən isə neft qiymətlərini aşağı səviyyədə saxlamağa çalışır.
Nazir bildirib:
“Hazırkı təchizatın qlobal əlçatanlığını artırmaq məqsədilə Maliyyə Nazirliyi ölkələrə hazırda dənizdə qalmış Rusiya neftini almağa imkan verən müvəqqəti icazə verir.”
Bessent vurğulayıb ki, bu tədbir məhdud və qısamüddətli xarakter daşıyır və yalnız artıq yola çıxmış neft yüklərinə şamil edilir.
Onun sözlərinə görə, bu addım Rusiya hökumətinə ciddi maliyyə faydası gətirməyəcək. Çünki ölkənin enerji gəlirlərinin əsas hissəsi neftin hasilat mərhələsində tətbiq olunan vergilərdən formalaşır.
Nazir əlavə edib ki, Trampın enerji siyasəti nəticəsində ABŞ-da neft və qaz istehsalı rekord səviyyəyə çatıb və bu da amerikalılar üçün yanacaq qiymətlərinin azalmasına kömək edib. Onun sözlərinə görə, neft qiymətlərindəki son artım qısamüddətli və müvəqqəti bir vəziyyət hesab olunur.
ABŞ Maliyyə Nazirliyinin açıqladığı ümumi lisenziyaya görə, sanksiyalar çərçivəsində qadağan edilən Rusiya mənşəli neft və ya neft məhsullarının satışı, çatdırılması və ya gəmilərdən boşaldılması ilə bağlı əməliyyatlara yalnız bu yüklərin 12 martadək gəmiyə yüklənmiş olması şərti ilə 11 aprelədək icazə verilir.
ABŞ İranla müharibənin təchizata təsiri fonunda dənizdə olan Rusiya neftinin alınmasına icazə verdi
ABŞ hökuməti qlobal enerji bazarlarında sabitliyi qorumaq məqsədilə dənizdə olan Rusiya neftinin alınmasına müvəqqəti icazə verib. Marja xəbər verir ki, bu qərar İran ilə müharibənin enerji təchizatına təsir göstərdiyi bir vaxtda qəbul edilib.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) bildirib ki, 12 mart tarixinədək gəmilərə yüklənərək dənizə çıxmış Rusiya nefti və neft məhsulları ölkələr tərəfindən alına bilər. Verilən lisenziya 30 gün müddətində – 11 aprelədək qüvvədə olacaq.
ABŞ-ın Maliyyə naziri Scott Bessent qərarın məqsədinin “qlobal enerji bazarlarında sabitliyi qorumaq” və qiymətlərin aşağı səviyyədə qalmasına kömək etmək olduğunu bildirib. Onun sözlərinə görə, Vaşinqton eyni zamanda “terrorçu İran rejiminin yaratdığı təhdid və qeyri-sabitliklə” mübarizə aparır.
Bundan əvvəl ABŞ artıq bəzi məhdudiyyətləri yumşaltmışdı. Xüsusilə böyük idxalçılar – məsələn Hindistan üçün - Rusiya nefti ilə bağlı qaydalar qismən sadələşdirilmişdi ki, bu da İranla münaqişənin təsirini kompensasiya etməyə kömək etsin.
Qərar ABŞ və İsrail ilə İran arasında gərginliyin artdığı bir dövrdə verilib. Son günlər Fars körfəzi ətrafında tanker hücumları və liman fəaliyyətində pozuntular qeydə alınıb.
Münaqişənin mərkəzində isə dünyanın neft ticarəti üçün ən strateji marşrutlarından biri olan Hörmüz boğazı dayanır. Bu boğaz vasitəsilə dünya üzrə gündəlik neft istehlakının təxminən 20%-i daşınır.
İranın yeni ali lideri Müctəba Xamenei bildirib ki, Tehran ABŞ və İsrailə təzyiq rıçağı kimi boğazı bağlı saxlayacaq.
Hadisələr fonunda Brent markalı neftin qiyməti bu həftə ikinci dəfə 100 dollar/bareli keçmişdir, lakin ABŞ Maliyyə Nazirliyinin açıqlamasından sonra qiymətlərdə müəyyən enmə qeydə alınıb.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Müştərilərin xəbərləri
"Unicapital" "PAŞA Bank" səhmlərinin İlkin Kütləvi Təklif üzrə yerləşdirilməsinə dair əməkdaşlıq sazişi imzalayıb
NEQSOL Holding istedadların inkişafında uğurlarına görə ATD BEST Award 2026 mükafatına layiq görülüb
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 11 d. əvvəl
- 23 d. əvvəl
-
-
29 d. əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara çatıb
-
31 d. əvvəl
Ötən il Azərbaycana ən çox investisiya edən ölkələr açıqlanıb
-
35 d. əvvəl
Ötən il metro dövlət büdcəsinin 245 milyon manatını sərf edib
- 45 d. əvvəl
-
48 d. əvvəl
Sənaye parkı və məhəllərində 103 müəssisə istehsal fəaliyyətinə başlayıb
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda orta maaş 90 qəpik artıb
Azərbaycanda inflyasiya sabit qalıb
Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara çatıb
Ötən il metro dövlət büdcəsinin 245 milyon manatını sərf edib
Ötən il 64 nəfərə Azərbaycan vətəndaşlığı verilib
Baş nazir: Cərəyan edən hadisələr Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması qərarının əsaslı olduğunu göstərir
Ötən il 60 milyon manata yaxın gəlir əldə edib
Azərbaycan banklarının müddətli xarici borcu 50 %-dən çox artıb
Bank əmanətlərinin 84 %-dən çoxu qorunur
"Azərpoçt" ötən il 132 minə yaxın ödəniş kartı buraxıb






















