“Hər şey mümkündür”: İnklüziv inkişafı dəstəkləyən master-klass təşkil olunub
(®) Qırmızı Ürəklər Fondu 21 Mart – Beynəlxalq Daun Sindromlu Şəxslər Günü münasibətilə “Hər şey mümkündür” layihəsi çərçivəsində xüsusi təşəbbüs həyata keçirib. Layihə çərçivəsində “Kaşalata” kafedə daun sindromlu şəxslərin və tanınmış blogerlərin iştirakı ilə keramika üzərində rəsm sənəti üzrə master-klass təşkil olunub.
Tədbir Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladovun açılış nitqi ilə başlayıb. O, çıxışında inklüziv cəmiyyətin qurulmasının vacibliyini vurğulayaraq bildirib ki, fondun əsas məqsədlərindən biri də cəmiyyətdə inklüziv mühitin formalaşmasına töhfə verməkdir. O, həmçinin bildirib ki, fərqliliklər insanları ayıran deyil, əksinə, cəmiyyəti daha zəngin və daha güclü edən dəyərlərdir.
Daha sonra iştirakçılar keramika üzərində rəsm işləmə bacarıqlarını sınayaraq özlərini ifadə etmək imkanı qazanıblar. Tədbirdə Fatma Kazımova, Fidan Nur, Aysel Nəsirova, Günay Cavadzadə, Tünzalə Şalbuzova, Səbinə Rüstəmli kimi blogerlər də könüllü iştiark edərək, inklüzivliyin təşviqi, fərqliliklərə həssas yanaşma və daun sindromlu şəxslərin potensialının daha geniş auditoriyaya çatdırılmasına dəstək olublar. Qeyd edək ki, iştirakçılar tərəfindən hazırlanan əl işləri 21 mart tarixində sözügedən blogerlərin sosial media hesablarında paylaşılacaq. İzləyicilər arasında ən yüksək ianəni təqdim edən şəxs həmin əl işlərinə sahib olacaq.
Qeyd edək ki, “Hər şey mümkündür” layihəsi 5 il əvvəl Qırmızı Ürəklər Fondu və Kapital Bankın birgə təşəbbüsü ilə Birbank mobil tətbiqi üzərindən həyata keçirilən ianə aksiyası zamanı toplanmış vəsaitlər hesabına reallaşdırılıb. Layihə çərçivəsində daun sindromlu şəxslərin bacarıqlarının inkişafına yönəlmiş müxtəlif təşəbbüslər həyata keçirilir.
Layihənin əsas məqsədi daun sindromlu şəxslərin yaradıcılıq bacarıqlarının inkişafına dəstək olmaq, onların cəmiyyətə inteqrasiyasını təşviq etmək, sosial və psixoloji inkişaflarına töhfə vermək və onların ailələrinə dəstək göstərməkdir.
“Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
20 saat sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
8 saat əvvəl
Fransada lüks mağazalara hücumlar – Vitrinlər sındırılıb, bahalı mallar aparılıb
-
- 19 saat əvvəl
-
2 gün əvvəl
Süd vəzi xərçənginə dəstək məqsədilə “GüclüSən” sığorta məhsulu təqdim olunub
-
2 gün əvvəl
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı ®
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
-
2 gün əvvəl
Neft Fondu 9 ayda neft-qaz satışından 8 milyard manata yaxın gəlir əldə edib
-
2 gün əvvəl
Mərkəzi Bank sığorta agentinin lisenziyasını LƏĞV ETDİ – SƏBƏB AÇIQLANDI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
Azərbaycanın müstəqilliyini bərpa etməsindən 35 il ötür
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
Gömrükdən yükün maneəsiz keçirilməsi üçün pul almaqda ittiham olunan şəxs məhkəmə qarşısına çıxarılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Çindən Azərbaycana turist axını sürətlənib – Sentyabrda 28% artım






















