Xalq Bankda əmanət yerləşdirin, 50 000 AZN qazanmaq şansı əldə edin!
(®) Ölkənin aparıcı banklarından olan Xalq Bank əmanət yerləşdirən müştərilər üçün stimullaşdırıcı “Əmanət” lotereyasına start verir.
Şərtlərə əsasən, 1 aprel - 30 dekabr 2026-cı il tarixlərdə Xalq Bankın Bakı və Sumqayıt şəhərlərində yerləşən filiallarında minimum 500 AZN / 300 USD, digər regionlarda yerləşən filiallarda isə minimum 250 AZN / 150 USD məbləğində əmanət yerləşdirən müştərilər lotereyada iştirak etmək şansı əldə edirlər.
Lotereyada iştirak etmək üçün müştərilər Xalq Bankın “Müddətli”, “Proqress”, “VIP-Rantye” əmanət növləri üzrə depozit yerləşdirməlidirlər.
4 tirajdan ibarət olan lotereyada iştirakçıları 50 000 AZN də daxil olmaqla müxtəlif məbləğlərdə pul mükafatları gözləyir. Daha geniş iştirak imkanını təmin etmək məqsədilə filiallar 5 qrup üzrə bölünüb:
1-ci qrup: Bakı və Sumqayıt şəhərlərində yerləşən filiallar
2-ci qrup: Gəncə, Qazax, Şəmkir, Tovuz, Mingəçevir filialları
3-cü qrup: Zaqatala, İsmayıllı, Şamaxı, Şəki, Yevlax filialları
4-cü qrup: Xaçmaz, Şabran, Qusar, Quba, Siyəzən filialları
5-ci qrup: Neftçala, Cəlilabad, Lənkəran, Şirvan, Göyçay filialları
Lotereya çərçivəsində ümumilikdə 227 qalibə pul mükafatı təqdim ediləcək. Uduş fondu cəmi 452 500 AZN olmaqla, 2 ədəd 50 000 AZN, 45 ədəd 5 000 AZN, 75 ədəd 1 000 AZN və 105 ədəd 500 AZN məbləğində pul mükafatlarından ibarətdir.
1-ci, 2-ci və 3-cü tirajlarda hər filial qrupu üzrə ayrı qaliblər müəyyən ediləcək. 4-cü tirajda isə əsas mükafat üzrə qaliblər iki qrup üzrə müəyyən olunacaq: Bakı və Sumqayıt filialları üzrə 1 qalib 50 000 AZN, region filialları üzrə isə 1 qalib 50 000 AZN qazanacaq.
Tirajların keçirilmə tarixləri: 1-ci tiraj – 10 iyul 2026-cı il, 2-ci tiraj – 12 oktyabr 2026-cı il, 3-cü və 4-cü tirajlar – 12 yanvar 2027-ci il.
Müştərilər Xalq Bankda 3, 6, 12, 18, 24 ay müddətində sərfəli şərtlərlə əmanət yerləşdirərək AZN üzrə illik 10.5 %-dək, USD üzrə 2.5 %-dək gəlir əldə edə bilərlər. Müxtəlif çeşidli əmanət məhsulları arasında faiz gəlirini aylıq və ya müddətin sonu təklif edən, əmanəti artırma və ya azaltma imkanları olan məhsullar arasında seçim etmək mümkündür.
Lotereyaya qoşulmaq üçün XalqOnline mobil tətbiqinin “Lotereya” bölməsində iştirakı təsdiq etmək tələb olunur.
Şərtlər barədə ƏTRAFLI
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 12 d. əvvəl
- 24 d. əvvəl
- 26 d. əvvəl
-
31 d. əvvəl
AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
-
37 d. əvvəl
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
-
1 saat əvvəl
Xalq Bank “Visa Direct to Account” xidməti üzrə mükafata layiq görüldü
-
1 saat əvvəl
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Ən çox oxunanlar
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı
"Leqallaşdırma hesabına gəlirlərin məbləği üç dəfədən çox artıb"
AFB Bank mobil tətbiqində yenilik: Mono Digital kart artıq tam ödənişsiz və onlayn sifarişlə!
PMD Group və Zaha Hadid Architects-dən gələcəyə yönələn yeni layihə!


















.jpg)

