TuranBank İsveçrənin fondu ilə əməkdaşlığa başlayıb - SAZİŞ İMZALANIB, 10 MİLYON VƏSAİT CƏLB OLUNUB
Azərbaycanda real sektorun inkişafını dəstəkləyən aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC, beynəlxalq maliyyə bazarlarında mövqeyinin möhkəmləndirilməsi və yerli iqtisadiyyatın maliyyələşdirilməsi imkanlarının genişləndirilməsi strategiyası çərçivəsində İsveçrənin nüfuzlu responsAbility Investments AG şirkəti ilə yeni əməkdaşlıq sazişi imzalayıb.
Bankın yaydığı məlumata görə, Sazişə əsasən, responsAbility Investments AG tərəfindən TuranBank-a 3 il müddətinə yerli valyutada 10 milyon ABŞ dolları ekvivalentində maliyyə vəsaiti təqdim olunub. Ayrılmış vəsaitin Azərbaycanın qeyri-neft sektorunun, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin (KOS) maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur.
Qeyd edilib ki, maliyyələşmənin yerli valyutada təqdim edilməsi sahibkarların valyuta məzənnəsi risklərindən qorunmasına, eyni zamanda biznes layihələri üçün daha əlverişli və dayanıqlı maliyyələşmə şərtlərinin formalaşmasına şərait yaradacaqdır. Bu təşəbbüs ölkədə iqtisadi şaxələndirmənin dərinləşdirilməsinə və sahibkarlıq mühitinin inkişafına mühüm töhfə verəcəkdir.
Benoit Bouet, responsAbility Investments AG şirkətinin Şərqi Avropa, Qafqaz , Mərkəzi Asiya (EECCA), Yaxın Şərq və Şimali Afrika (MENA) regionları üzrə rəhbəri: “Bu əməliyyat maliyyə institutlarının kreditləşdirilməsi strategiyamızla tam uyğunluq təşkil edir. Yerli valyutada maliyyələşmə təqdim etməklə, Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışını dəstəkləməyi və yerli real iqtisadiyyatın inkişafına töhfə verməyi hədəfləyirik.”
“responsAbility Investments AG ilə imzaladığımız bu yeni saziş Bankımıza olan etimadın və maliyyə dayanıqlığımızın növbəti göstəricisidir. 10 milyon ABŞ dolları məbləğində olan bu vəsaitin yerli valyutada cəlb edilməsi ölkəmizdə kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə əlçatanlığını artırmaqla yanaşı, onları məzənnə risklərindən qoruyacaq. Bu əməkdaşlıq vasitəsilə biz həmçinin ölkədə maliyyə inklüzivliyini gücləndirməyi və regionlardakı sahibkarlara dəstəyimizi daha da genişləndirməyi hədəfləyirik. Biz real sektoru dəstəkləməyə və ölkə iqtisadiyyatının qeyri-neft sahəsindəki dayanıqlı inkişafına töhfə verməyə davam edəcəyik",- deyə TuranBank ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayev bildirib.
Bu tərəfdaşlıq TuranBank ASC- nin beynəlxalq maliyyə institutları arasında etibarlı tərəfdaş kimi mövqeyini bir daha təsdiqləməklə yanaşı, onun davamlı inkişaf prinsiplərinə və maliyyə inklüzivliyinə sadiqliyini nümayiş etdirir.
responsAbility Investments AG qlobal miqyasda təsiredici (impact) investisiyalar sahəsində aktivlərin idarə edilməsi üzrə ixtisaslaşmış və inkişafyönümlü investisiya şirkətləri arasında aparıcı mövqeyə malik qurumlardan biri kimi tanınır. Şirkət əsasən inkişaf etməkdə olan və yüksələn bazarlarda fəaliyyət göstərən, dayanıqlı biznes modellərinə malik özəl şirkətləri hədəfləyən müxtəlif investisiya alətlərini idarə edir və bu çərçivədə xüsusi borc və kapital yerləşdirmələri həyata keçirir. Təsiredici (impact) yanaşma şirkətin investisiya strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edir. Bu strategiyalar həm insanlar, həm də ətraf mühit üçün ölçüləbilən müsbət nəticələrin əldə olunmasına yönəlməklə yanaşı, eyni zamanda rəqabətədavamlı maliyyə gəlirlərinin təmin edilməsini hədəfləyir.
TuranBank ASC 1992-ci ildə təsis edilmiş və Azərbaycan maliyyə sektorunda fəaliyyət göstərən ən sabit və etibarlı qurumlardan biri kimi tanınır. Bank, müştərilərinə beynəlxalq standartlara uyğun geniş çeşidli maliyyə xidmətləri təqdim edir. Hazırda ölkə üzrə 22 xidmət nöqtəsi ilə fəaliyyət göstərən TuranBank ASC, 33 illik fəaliyyəti ərzində dayanıqlı inkişaf nümayiş etdirib. Bank şəffaflıq, etibarlılıq və sosial məsuliyyət prinsiplərinə sadiqliyi ilə seçilərək, ölkənin bank sektorunda mühüm rol oynamaqda davam edir. Ətraflı məlumat üçün: www.turanbank.az
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
44 d. əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
2 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 3 saat əvvəl
-
4 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 4 saat əvvəl
-
5 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək




























