Mingəçevir Dövlət Universitetində maliyyə savadlılığı üzrə seminar keçirilib
Mingəçevir Dövlət Universitetində maliyyə savadlılığının artırılması məqsədilə “Müasir yatırım imkanları” mövzusunda seminar təşkil olunub.Tədbirdə universitetin professor-müəllim heyəti və tələbələr fəal iştirak ediblər.
Seminar çərçivəsində “InvestAZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analitika departamentinin baş mütəxəssisi, PhD Rövşən Məmmədov çıxış edərək maliyyə bazarlarında risklərin idarə olunması, investisiya strategiyalarının qurulması və birja mexanizmləri haqqında ətraflı məlumat verib.
Daha sonra şirkətin maliyyə məsləhətçisi Rəşad Mustafayev rəqəmsal aktivlər və kriptovalyutaların iqtisadi əsasları mövzusunda təqdimatla çıxış edib.
Seminar interaktiv müzakirələrlə davam edib və tələbələrin sualları cavablandırılıb. Tədbir iştirakçılar tərəfindən yüksək maraqla qarşılanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 gün sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
4 saat sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
- 9 d. əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
ABŞ maliyyə naziri: Hörmüz boğazı iki il ərzində neft üçün əhəmiyyətini itirəcək
-
11 saat əvvəl
Rusiyada nağd valyuta çıxarılmasına məhdudiyyətlər daha 6 ay uzadıldı
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mark Zukerberq İrlandiyada tarixi qala aldı – dəyəri 35 milyon dollara çatır
- 14 saat əvvəl
-
14 saat əvvəl
200 milyon manatlıq dövlət istiqrazına 499 milyon manatlıq tələb oldu
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Çin nəhəngi Azərbaycana gəlir
Nyu-Yorkun mərkəzində iri bankın vitse-prezidenti öldürülüb
Putin və Pezeşkian danışıqlar aparıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avrozonada inflyasiya təxminən 3 ilin ən yüksək səviyyəsinə çatdı




























