Azercell Avtonom Şəbəkələr üzrə qlobal təşəbbüsə qoşulan regionun ilk operatoru oldu
Şirkət TM Forum-un “Autonomous Networks Manifesto” sənədini imzalayaraq rəqəmsal transformasiya və süni intellekt əsaslı şəbəkə əməliyyat idarəçiliyində yeni mərhələyə qədəm qoydu(®) “Azercell Telekom” MMC rəqəmsal transformasiya istiqamətində növbəti mühüm addımını ataraq, qlobal telekommunikasiya standartlarını müəyyən edən TM Forum tərəfindən irəli sürülmüş “Autonomous Networks Manifesto” sənədini rəsmi olaraq imzalayıb. Şirkət bununla Azərbaycan və MDB regionunda bu təşəbbüsə qoşulan ilk mobil operator olub.
Azercell və Aztelekom-un birgə həyata keçirdiyi “Autonomous Networks” layihəsi çərçivəsində əldə olunan bu nailiyyət Azercell-i qlobal səviyyədə innovativ texnologiyaların tətbiqinə öncülük edən operatorlar sırasına daxil edir.
Qeyd edək ki, Avtonom Şəbəkələr süni intellekt və maşın öyrənməsi texnologiyalarına əsaslanaraq insan müdaxiləsinə minimum ehtiyac duyan, özünü tənzimləyən, optimallaşdıran və nasazlıqları avtomatik aradan qaldırma funksiyasına malik idarəetmə modelidir. Bu yanaşma operatorlara şəbəkə idarəçiliyində daha yüksək dəqiqlik, çeviklik və dayanıqlılıq təmin edir.
Layihənin icrası nəticəsində Azercell-in əməliyyat səmərəliliyinin artırılması, müştəri təcrübəsinin daha da təkmilləşdirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi hədəflənir. Belə ki, müraciətlərin həlli müddətinin azalması, yeni xidmətlərin bazara çıxarılma və abunəçilərə çatdırılma proseslərinin sürətlənməsi gözlənilir. Eyni zamanda, proseslərin avtomatlaşdırılması hesabına əməliyyat xərclərinin (OPEX) optimallaşdırılması və insan amilindən qaynaqlanan risklərin minimuma endirilməsi təmin olunacaq.
Bununla yanaşı, Azercell və Aztelekom üzrə Avtonom Şəbəkələrə dair bütün mövcud və gələcək təşəbbüslər vahid proqram çərçivəsində, TM Forum standartlarına uyğun şəkildə mərkəzləşdirilmiş qaydada idarə olunur.
Qeyd edək ki, Azercell 2025-ci ildə telekommunikasiya və texnologiya sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətlərin beynəlxalq alyansı olan TeleManagement Forum-a (TM Forum) rəsmi üzv olub. Şirkət innovativ texnologiyaların tətbiqi və strateji təşəbbüslər vasitəsilə ölkədə rəqəmsal ekosistemin davamlı inkişafına töhfə verməyi hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
14 d. əvvəl
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılr - FƏRMAN
-
23 d. əvvəl
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
-
35 d. əvvəl
Azərbaycan şirkəti satışdan 266 milyon dollar gəlir əldə etdiyini açıqladı
- 39 d. əvvəl
-
40 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
1 saat əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
Ən çox oxunanlar
Kənd təsərrüfatı, nəqliyyat-rabitə, sənaye və istehsal üzrə bank kreditlərində azalma müşahidə olunub
Mayda bank sektorunda çalışanların sayı azalıb
İyunun 26-da gözlənilən hava şəraiti






























