AFB Bank-dan peşə sahiblərinə yeni imkan – 50 000 AZN-dək “Peşə Krediti” ilə biznesinizi böyüdün!
(®) AFB Bank fərdi peşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün xüsusi hazırlanmış “Peşə Krediti” məhsulunu təqdim edir. Öz işini böyütmək, yeni avadanlıq almaq, fəaliyyətini genişləndirmək və ya əlavə maliyyə dəstəyi əldə etmək istəyənlər üçün indi daha əlverişli fürsət yaranıb.
Yeni məhsul çərçivəsində müştərilər 50 000 AZN-dək kredit məbləği, 36 ayadək müddət, sürətli rəsmiləşdirmə və sadə şərtlərlə maliyyə dəstəyi əldə edə bilərlər. Bu isə peşə sahiblərinə vaxt itirmədən ehtiyac duyduqları vəsaiti əldə etməyə imkan yaradır.
“Peşə Krediti” bir çox sahələrdə çalışan şəxslər üçün nəzərdə tutulub. Məhsuldan dərzilər, ustalar, repetitorlar, sürücülər, dizaynerlər, proqramçılar, fotoqraflar, bərbərlər, aşpazlar və digər fərdi fəaliyyət göstərən şəxslər yararlana bilərlər.
AFB Bank inanır ki, hər bir peşə sahibi inkişaf etmək, qazancını artırmaq və işini növbəti mərhələyə daşımaq imkanına sahib olmalıdır. Məhz buna görə “Peşə Krediti” maksimum rahatlıq və əlçatanlıq prinsipi ilə hazırlanıb.
Əgər siz də öz işinizə sərmayə qoymaq, fəaliyyətinizi genişləndirmək və arzularınızı reallaşdırmaq istəyirsinizsə, indi müraciət etməyin tam vaxtıdır.
Ətraflı məlumat və müraciət üçün:
https://afb.az/pese-krediti
Hazırda AFB Bank ölkə üzrə 12 satış nöqtəsi ilə fəaliyyət göstərir. Bankın həyata keçirdiyi Transformasiya Strategiyası çərçivəsində müştərilər üçün daha sərfəli, əlçatan və müasir maliyyə həllərinin təqdim olunması əsas prioritetlərdən biridir. Müştərilər həmçinin 1545 qısa nömrəli Məlumat Mərkəzi, mobil bank və internet bank vasitəsilə də bank xidmətlərindən rahat şəkildə yararlana bilirlər.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 7 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
8 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 8 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
9 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 9 saat əvvəl
-
9 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 9 saat əvvəl
-
9 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı

























