Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalanıb
PAŞA Holding və SOCAR İspaniyanın nüfuzlu IE Universiteti ilə Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalayıbAprelin 28-də PAŞA Holding və SOCAR, İspaniyanın nüfuzlu IE Universiteti ilə strateji tərəfdaşlıq çərçivəsində, Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Bakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin yaradılması məqsədilə Anlaşma Memorandumu imzalayıblar.
Təşəbbüs ölkəmizdə liderlik bacarıqlarının inkişafına töhfə verməklə yanaşı, innovasiya və beynəlxalq əməkdaşlıq üçün regional platforma formalaşdırmaq, eləcə də Azərbaycanda insan kapitalının inkişafını dəstəkləmək məqsədi daşıyır.
Rəqəmsal transformasiya, süni intellekt və dayanıqlı inkişaf kimi sahələrdə fəaliyyət göstərəcək mərkəzdə rəhbər kadrlar üçün təhsil proqramları və beynəlxalq tədbirlər təşkil ediləcək, eləcə də tədqiqat təşəbbüsləri həyata keçiriləcək.
Bu tərəfdaşlıq, həmçinin yerli maraqlı tərəflərlə əməkdaşlıq vasitəsilə təhsildə mükəmməlliyi artırmağı və institusional potensialı dəstəkləməyi nəzərdə tutur.
Tərəfdaşlıq çərçivəsində SOCAR və “PAŞA Holding” əməkdaşlarının peşəkar inkişafına töhfə vermək məqsədilə xüsusi uyğunlaşdırılmış təhsil proqramlarının həyata keçirilməsi də planlaşdırılır.
Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bu təşəbbüsün Azərbaycan gənclərinin və mütəxəssislərinin həyat və peşəkar fəaliyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addım, ümumilikdə Azərbaycan təhsilinə verilən dəyərli töhfə olduğunu qeyd edib.
Mərkəzin yaradılmasında iştirak edən tərəflərə təşəkkürünü bildirən Emin Əmrullayev bildirib ki, bu əməkdaşlıq dövlət, özəl sektor və biznes sənayesi arasında uğurlu tərəfdaşlıq nümunəsidir və əvvəlki uğurlu birgə fəaliyyətlərin məntiqi davamıdır. Nazir çıxışında təşəbbüsün azərbaycanlı mütəxəssislərin şəbəkələşmə imkanlarını genişləndirəcəyinə və onların qlobal platformalarda daha fəal iştirakına şərait yaradacağına inamını ifadə edib. Sonda Emin Əmrullayev qeyd edib ki, əsas məqsəd ali təhsili daha əlçatan, münasib və beynəlxalq səviyyədə rəqabətqabiliyyətli etməkdir.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev qeyd edib ki, insan kapitalının gücləndirilməsi, süni intellekt, rəqəmsal transformasiya kimi çağırışları hədəfləyən təşəbbüslər innovasiya əsaslı inkişafa yatırılan strateji investisiyalardır. Bu baxımdan beynəlxalq təhsil imkanlarının genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. PAŞA Holding, SOCAR və İspaniyanın IE Universiteti arasında əldə edilmiş razılaşmaya əsasən ölkəmizdə Liderlik və İnnovasiya IE Mərkəzinin yaradılması beynəlxalq təcrübənin tətbiqinə, müasir bilik və bacarıqların artırılmasına töhfələr verəcək.
SOCAR-ın prezidenti Rövşən Nəcəf çıxışında SOCAR-ın insan kapitalının inkişafına mühüm önəm verdiyini bildirərək deyib ki, şirkət bu gün öz təcrübəsi və imkanları ilə bu təşəbbüsün həyata keçirilməsinə töhfə verir. Bu layihənin əsas məqsədi beynəlxalq təcrübədə olan yüksək bilik, bacarıq və liderlik səriştələrini Azərbaycana gətirib əlçatan etmək və ölkəmizdə böyük vizyona malik liderlərin hazırlanmasına xidmət etməkdir.
“IE Universiteti olaraq, bu təşəbbüsün irəlilədilməsində göstərdikləri uzaqgörənlik, inam və davamlı dəstəyə görə PASHA Holding və Socar-a səmimi təşəkkürümüzü bildiririk. Birlikdə Azərbaycanda liderliyi, innovasiyanı və qlobal əməkdaşlığı təşviq edəcək bir mərkəzin təməlini qoyuruq. Bu tərəfdaşlıq istedadların inkişafına töhfə vermək, institutları gücləndirmək və daha dinamik, rəqabətqabiliyyətli gələcək formalaşdırmaq istiqamətində ortaq öhdəliyimizi əks etdirir.” - IE Universitetinin İcraçı Prezidenti Santiaqo İniqes de Onsonyo əlavə edib.
İmzalanma mərasimində çıxış edən PAŞA Holding-in Baş icraçı direktoru Cəlal Qasımov bildirib: “Azərbaycanda, eləcə də Qafqaz və Mərkəzi Asiya regionunda insan kapitalının gücləndirilməsi bizim əsas prioritetlərimizdən biridir. Təxminən 100 milyon əhalisi olan bu region hazırda öz tarixinin önəmli inkişaf mərhələsindən keçir və biz bu prosesi kənardan izləyən deyil, gələcəyin formalaşmasına real töhfə verən tərəf olmağı vacib hesab edirik. Eyni zamanda, cari təşəbbüs bizim kimliyimizi də ifadə edir: biz tərəfdaşlıqlarında qlobal, köklərində isə yerli - Azərbaycanlı olan bir şirkətik. BNY Melon, Raiffeisen Bank International kimi banklarla müxbir hesab tərəfdaşlıqları, World Economic Forum ilə əməkdaşlıq, Four Seasons Hotels and Resorts, Marriott International və One&Only Resorts kimi şirkətlərlə əməkdaşlıq - bunların hər biri PAŞA Holding-in artıq bir beynəlxalq şirkət olduğuna işarə edir ki, IE University ilə tərəfdaşlığımız da bu yanaşmanın nümunəsidir”.
Qeyd edək ki, 2006-cı ildə təsis olunmuş PAŞA Holding bu gün bankçılıq, sığorta, fintex, daşınmaz əmlak, pərakəndə ticarət, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən ölkənin aparıcı biznes qruplarından biridir. 25 mindən çox əməkdaşı və 18 milyard ABŞ dollarını aşan aktivləri ilə Holdingin beynəlxalq fəaliyyəti də genişlənməkdədir. Hazırda PAŞA Holding Azərbaycan, Özbəkistan, Türkiyə, Gürcüstan, Monteneqro və ABŞ-də fəaliyyət göstərir.
Baş ofisi Azərbaycanda yerləşən qlobal enerji şirkəti SOCAR enerji resurslarının hasilatı, emalı və paylanması sahəsində ixtisaslaşıb. İnteqrasiya olunmuş iri enerji şirkəti kimi dünya miqyasında geniş fəaliyyət göstərən SOCAR bu gün müxtəlif beynəlxalq bazarlarda əhəmiyyətli rol oynayır.
Müştərilərin xəbərləri
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 1 saat əvvəl
-
3 saat əvvəl
Sabah gündüz Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq – XƏBƏRDARLIQ
-
3 saat əvvəl
2026-cı ilin birinci rübündə sənaye zonalarında istehsalın həcmi 883 milyon manata çatıb
-
3 saat əvvəl
Sumqayıt Sənaye Parkında yeni şirkət - 16,3 milyon manat olan layihə həyata keçiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
-
5 saat əvvəl
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair yeni Dövlət Proqramı təsdiq edilib
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
Azercell-dən HONOR smartfonlarına xüsusi kampaniya
bp şirkəti Azəri-Çıraq-Dərinsulu Günəşlidə "maksimum neftvermə" üçün yeni texnologiya tətbiq edib
Süni intellekt hakatonunun qalibləri elan edilib
"Ənənəvi suvarma üsullarından imtina edilməsi, damcı və pivot texnologiyalarının tətbiqinin genişləndirilməsi müasir dövrün çağırışlarından biridir"
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
"Son 5 il ərzində heyvanların sayında azalma müşahidə olunur. Ət istehsalı istehlakını qarşılaya bilmir"






.jpg)
.jpg)









.jpg)

