DİQQƏT: Pulunu artırmağın yeni yolu var!
(®) Adətən pulu artırmaq yolları axtarılan zaman həyat yaşam sığortası məhsulu da yada düşür.
AFB Bank isə sizə daha sadə və rahat alternativ təqdim edir — “Həyat yığım hesabı”.
Bu hesabla siz:
- 36 ay ərzində planlı yığım edirsiniz
- Hər ay etdiyiniz mədaxilin üzərinə birdəfəlik olaraq 18% gəlir hesablanır.
- Üstəlik kredit kartı imkanından yararlanırsınız
- Vəsaitiniz isə sığortalanır
Ətraflı: https://afb.az/heyat-yigim-hesabi
XXX
AFB Bank müştərilərinə maliyyə hədəflərinə daha sistemli və effektiv şəkildə çatmaq imkanı yaradan yeni məhsulunu – “Həyat yığım hesabı”nı təqdim edir. Bu məhsul müştərilərə 100 AZN-dən başlayaraq, 36 ay müddətində planlı şəkildə yığım etməyə və hər ay mədaxil etdilən vəsaiti 18% gəlirlə dəyərləndirməyə imkan yaradır.
“Həyat yığım hesabı” çərçivəsində müştərilər hər ay etdikləri mədaxillər üzrə sabit və cəlbedici gəlir əldə edirlər. Belə ki, 36 aylıq yığım müddəti ərzində hər bir aylıq mədaxilin üzərinə AFB Bank tərəfindən birdəfəlik olaraq 18% həcmində gəlir hesablanır. Bu yanaşma müştərilərə həm intizamlı yığım vərdişi qazandırır, həm də vəsaitlərinin daha sürətli artmasına şərait yaradır.
Məhsulun əsas üstünlüklərindən biri də müştərilərə təqdim olunan rahat və çevik şərtlərdir. Müştərilər aylıq mədaxillərin həyata keçiriləcəyi tarix intervalını özlərinə uyğun şəkildə seçə bilirlər. Bunun üçün üç fərqli seçim mövcuddur: hər ayın 1–10-u, 11–20-si və ya 21-dən ayın sonunadək olan dövr. Seçilmiş tarix intervalı müqavilə müddəti ərzində sabit qalır və müştəriyə planlaşdırma rahatlığı təmin edir.
AFB Bank müştərilərinə əlavə üstünlüklər də təqdim edir. Müddətin sonunda hesablanmış faiz məbləğinin köçürülməsi üçün müştərilərə 48 ay müddətinə çoxsaylı üstünlüklərə malik Mono Platinum ödəniş kartı hədiyyə olunur.
Qeyd edək ki, müştərilər ilk 18 ay ərzində aylıq mədaxil məbləğini minimum ilkin mədaxil həcmində etməlidirlər. İlk 18 ay ərzində müştərilərə mədaxil məbləğini artırmaq imkanı verilir və bu artım üçün heç bir maksimal limit müəyyən olunmur. Bu müddət ərzində gəlir aylıq mədaxil edilən məbləğ əsasında hesablanır.
Müddətin 19–36-cı ayları ərzində isə gəlir hesablanması maksimal ilk ayın mədaxil məbləği həcmində həyata keçirilir.
AFB Bank daim müştərilərinin maliyyə rifahını artırmağa yönəlmiş innovativ və faydalı həllər təqdim etməyə davam edir. “Həyat yığım hesabı” da bu istiqamətdə atılan növbəti addım olaraq, hər kəsə daha güvənli və planlı maliyyə gələcəyi qurmaq imkanı yaradır.
Ətraflı: https://afb.az/heyat-yigim-hesabi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
7 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
8 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
- 11 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Kürdəmirdə “Bazarstore” açılır
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Avqustun 13-də gözlənilən hava şəraiti
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib



















