Uçot dərəcəsinin aşağı salınması pərakəndə kreditlərin ucuzlaşmasına səbəb olmayıb - 0,46 faiz bəndi bahalaşıb
Kazımov: "Bunun səbəblərini, sözsüz ki, təhlil etmişik. Tənzimləmə alətlərimizdən istifadə etməklə növbəti aylarda bu istiqamətdə də dəyişikliklərə nail olmağı planlaşdırırıq"."Ötən ilin iyul ayından uçot dərəcəsinin aşağı salınması ilə paralel olaraq həmin qərarların yeni cəlb olunmuş depozitlərə və yeni verilmiş kreditlərin faizlərinə təsirini təhlil edirik".
Marja.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirirb.
Kazımov, "Ötən ilin iyul ayı ilə müqayisədə həm fiziki şəxslərdən, həm də hüquqi şəxslərdən cəlb olunmuş yeni depozitlər üzrə faizlərin aşağı doğru enməsini müşahidə edirik. Müvafiq olaraq, fiziki şəxslər üzrə faizlər 0,46 faiz bəndi, hüquqi şəxslər üzrə isə 0,55 faiz bəndi azalıb" deyərək əlavə edib:
"Hüquqi şəxslərə verilmiş kreditlərdə də, iyul ayı ilə müqayisədə faizlərin aşağı doğru düşməsini müşahidə edirik. İyul ayı ilə müqayisədə mart ayında hüquqi şəxslərə verilmiş yeni kreditlər üzrə faizlər 0,46 faiz bəndi azalıb.
Əks istiqaməti isə pərakəndə kreditlərdə, yəni fiziki şəxslərə verilmiş kreditlərdə görürük. Bu istiqamətdə faizlər eyni dövrlə müqayisədə 0,49 faiz bəndi artıb. Bunun səbəblərini, sözsüz ki, təhlil etmişik. Tənzimləmə alətlərimizdən istifadə etməklə növbəti aylarda bu istiqamətdə də dəyişikliklərə nail olmağı planlaşdırırıq".
İstehlak kreditlərinin orta faiz dərəcələri - 31 mart 2026-cı il, 31 mart 2025-ci il və 30 iyun 2025-ci il tarixlərinə olan rəqəmlər.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
6 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
6 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 6 saat əvvəl
-
7 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 7 saat əvvəl
-
7 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 7 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı
























