"Prior Leasing" ASC-nin 1 milyon manatlıq istiqrazları Bakı Fond Birjasında 100% yerləşdirildi
(®) Azərbaycanın lizinq bazarının aparıcı iştirakçılarından biri olan "Prior Leasing" ASC qiymətli kağızlar bazarında növbəti uğuruna imza atmışdır.
Şirkətin 1 000 000 (bir milyon) manat həcmində olan debüt istiqrazlarının Bakı Fond Birjasında (BFB) yerləşdirilməsi 7 may 2026-cı il tarixində tam həcmdə yekunlaşmışdır.
Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə Standart Bazar Listinq seqmentinə daxil edilən və AZ2001019531 İSİN kodu ilə qeydiyyata alınan istiqrazlar investorlar tərəfindən böyük maraqla qarşılanmışdır. 31 mart – 29 aprel tarixlərini əhatə edən abunə yazılışı dövründə 56 investor tərəfindən 56 sifariş təqdim edilmiş və 100% icra olunmuşdur.
İstiqrazların əsas göstəriciləri:
- Ümumi həcm: 1 000 000 AZN
- Say: 10 000 ədəd
- Nominal dəyər: 100 AZN
- İllik gəlirlilik: 15%
- Tədavül müddəti: 1 il
- Gəlirlərin ödəniş qrafiki: Hər 30 gündən bir (aylıq)
İstiqrazların yerləşdirilməsi üzrə anderrayter qismində “Assist Finance İnvestisiya Şirkəti” ASC çıxış etmişdir. Kütləvi təklif üsulu ilə reallaşdırılan bu emissiya "Prior Leasing" ASC-nin maliyyə resurslarının diversifikasiyası və yerli kapital bazarındakı mövqeyinin möhkəmləndirilməsi strategiyasının tərkib hissəsidir.
Qeyd edək ki, "Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları"-nın tələblərinə tam cavab verən bu istiqrazlar investorlar üçün cəlbedici gəlirlilik və aylıq ödəniş sistemi ilə yüksək likvidlik vəd edir.
"Prior Leasing" ASC Azərbaycanın lizinq sektorunda fəaliyyət göstərən, kənd təsərrüfatı texnikası, sənaye avadanlıqları və nəqliyyat vasitələrinin lizinqi üzrə ixtisaslaşmış aparıcı qurumlardan biridir. Şirkət müasir texnologiyaların tətbiqi və maliyyə əlçatanlığının təmin edilməsi vasitəsilə ölkə iqtisadiyyatının, xüsusilə aqrar sektorun inkişafına mühüm töhfə verir.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
4 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
4 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 5 saat əvvəl
-
5 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 5 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı

























