ABB istiqrazlarına tələb bu dəfə təklifi 3 dəfə üstələdi!
Vətəndaşlar üçün yeni investisiya və qazanc fürsəti yaradan ABB istiqrazlarına abunə yazılışı uğurla tamamlanıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, hər biri 5 milyon manat həcmində olan 1 illik və 2 illik istiqraz buraxılışları investorların yüksək marağı ilə qarşılanıb. Ümumilikdə hər iki buraxılış üzrə sifarişlərin həcmi 31,8 milyon manatdan çox olub. Bu da təklif edilən ümumi həcmdən 3 dəfədən də yüksək nəticədir. Bu göstərici ABB istiqrazlarına və Bankın etibarlılığına olan güclü investor inamını bir daha təsdiqləyir.
1 illik, ildə 9% gəlirlilik təklif edən istiqraz buraxılışı üzrə sifarişlərin ümumi həcmi 15 973 500 manat təşkil edib. Bu buraxılış üzrə abunə yazılışında 136 investor iştirak edib, 154 sifariş təqdim olunub və onlardan 152-i icra edilib. Ümumilikdə isə 134 investorun sifarişi təmin edilib.
2 illik, ildə 10% gəlirlilik təklif edən istiqraz buraxılışı üzrə isə sifarişlərin ümumi həcmi 15 859 700 manat olub. Abunə yazılışında 146 investor iştirak edib, 229 sifariş təqdim olunub və onlardan 219-u icra edilib. Nəticədə 138 investorun sifarişi uğurla təmin olunub.
Nominal dəyəri 100 manat olan istiqrazlar hər buraxılış üzrə 50 min ədəd həcmində emissiya edilib. İstiqrazlar adlı, faizli, təmin edilməmiş və sənədsiz formada buraxılıb. Faiz ödənişləri investorlara hər 90 gündən bir həyata keçiriləcək. Fiziki şəxslər üçün istiqrazlardan əldə olunan faiz gəlirləri vergidən azaddır.
ABB istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında kütləvi təklif – abunə yazılışı üsulu ilə həyata keçirilib. İstiqrazların təkrar bazarda alqı-satqısı üçün də imkan yaradılacaq.
ABB istiqrazları investorlar üçün sabit və etibarlı gəlir imkanı təqdim etməklə yanaşı, ölkədə kapital bazarlarının inkişafına da mühüm töhfə verir.
ABB-nin planlaşdırdığı növbəti istiqraz emissiyaları üzrə cədvəllə buradan tanış ola bilərsiniz. Yeni emissiyalar elan edildikcə dəqiq tarixlər səhifədə göstəriləcək.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, ABB-nin rəsmi internet səhifəsi, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin Bankın rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
- 15 d. əvvəl
-
43 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
48 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
“BQ” ASC-nin 100 ədəd səhmini 1 investor əldə edib
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ən çox oxunanlar
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















