Özəl şirkət İqtisadiyyat Nazirliyilə memorandum imzaladı
Bakı EXPO Mərkəzində keçirilən 23-cü BİHE-2017 Beynəlxalq Səhiyyə Sərgisi çərçivəsində sentyabrın 28-də Azərbaycan İqtisadiyyat Nazirliyi və “Həyat Farm” MMC arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.
"Marja" xəbər verir ki, Memorandum ən yüksək texnoloji standartlar üzrə əczaçılıq istehsalının yaradılmasına və inkişafına dair niyyəti ifadə edir.
Sənədi Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov və “Həyat Farm” MMC Azərbaycan-Rusiya birgə müəssisəsinin baş direktoru Ramin Hacıyev imzalayıblar.
Tərəflər Azərbaycanda beynəlxalq standartlara cavab verən dərman vasitələrinin (GMP, GDP və s.) istehsalının təşkilinə dair layihənin uğurla həyata keçirilməsi, eləcə də həm ölkə ərazisində, həm də regionun digər dövlətlərində əczaçılıq məhsullarının distribüsiyasının təşkili üçün əlverişli şəraitin yaradılması məqsədilə qarşılıqlı fəaliyyət barədə razılığa gəliblər.
BİHE-2017 sərgisində ilk dəfə təmsil olunan “Həyat Farm” şirkəti Bakının yaxınlığında Pirallahı sənaye parkında layihə həyata keçirir.
“Həyat Farm” MMC 45 faiz pay iştiraklarına malik “Vita-A” özəl şirkəti (Azərbaycan Respublikası) və “R-Farm” (Rusiya Federasiyası) şirkətlər qrupu tərəfindən yaradılan birgə müəssisədir.
Yaxın günlərdə layihəyə 10 faiz pay ilə “Azərbaycan İnvestisiya Şirkəti”nin (AİŞ, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi) qoşulacağı gözlənilir.
“Həyat Farm” MMC Azərbaycanda dərman təhlükəsizliyinin təmin olunmasına, əhalinin yerli istehsallı keyfiyyətli əczaçılıq məhsulları ilə təchizatına, dərman preparatlarının idxalının azaldılmasına və ixrac potensialının artırılmasına yönələn uzunmüddətli layihədir.
Müəssisədə istehsal edilən əczaçılıq məhsullarının həm yerli bazarda, həm də qonşu ölkələrdə satışı nəzərdə tutulur. Layihə çərçivəsində 200-dən çox iş yeri açılacaq.
Zavodun birinci mərhələsinin 2018-cu ilin sonunda istismara verilməsi planlaşdırılır.
“Həyat Farm” zavodunda müxtəlif əczaçılıq qruplarına daxil olan preparatların, o cümlədən onkolojı, əsəb, kardiovaskulyar, sümük-əzələ və tənəffüs sistemləri xəstəliklərinin müalicəsi üçün preparatlar, virus əleyhinə, HİV-infeksiya terapiyası daxil olmaqla, diabetə qarşı, göbələk əleyhinə, qusmaya qarşı, dərmanlar, antibiotiklər, həmçinin rentgen-kontrast vasitələr və maqnit-rezonans müayinələr üçün preapatlar istehsal ediləcək.
Ümumilikdə, müəssisə 58 beynəlxalq patentləşdirilməmiş adda 89 növ dərman vasitəsi buraxacaq. Zavodun istehsal gücü 22,5 mln. qablaşdırma və ya 500 mln. həb və kapsul olacaq.
“Azərbaycan ərazisində müasir preparatların istehsalı əhalinin dərmanla keyfiyyətli təminatını xeyli artıracaq. Bu, həmçinin pasiyentlər üçün müalicə qiymətlərinin və respublika səhiyyə sisteminin maliyyə yükünün azalmasına xidmət edəcək”, - “Həyat Farm” şirkətinin baş direktoru Ramin Hacıyev bildirib.
“İstehsalat sektorunun inkişafı məqsədilə Azərbaycan hökuməti tərəfindən yaradılan cəlbedici investisiya atmosferi bu cür innovativ layihənin reallaşmasına şərait yaradır”, - o qeyd edib.
Qeyd edək ki, Azərbaycanın özəl şirkəti “Vita-A” MMC 2015-ci ildə tibb və əczaçılıq sahəsi də daxil olmaqla, yüksək texnologiyalı innovativ layihələrin həyata keçirilməsi məqsədilə yaradılıb.
“Vita-A” komandasının əsasında onkologiya, onkohematologiya, nevrologiya, QİÇS, hepatit və digər sahələr üzrə mütəxəssislərin iştirakı ilə “Həyat Farm” BM-in peşəkar kollektivi formalaşıb.
Bundan əlavə, komandada son elmi-tibbi işləmlərin və proqramların tətbiqini təmin edən yüksək texnologiyalar sahəsi üzrə yüksək ixtisaslı mütəxəssislər çalışır.
“R-Farm” Rusiyanın yüksək texnologiyalı əczaçılıq şirkətidir. “R-Farm” Rusiya Federasiyası, MDB ölkələri, ABŞ, Almaniya, Yaponiya, Türkiyə və Hindistanda fəaliyyət göstərir. 60-dan çox filial və nümayəndəliyi var.
Əsas fəaliyyət istiqamətləri bunlardır: hazır dərman formalarının, kimyəvi xassəli aktiv əczaçılıq inqredientlərinin və biotexnoloji substansiyaların istehsalı, innovativ preparatların öyrənilməsi və texnologiyası, müasir dərman vasitələrinn bazara çıxarılması, həmçinin əczaçılıq sənayesi və səhiyyə üçün mütəxəssislərin hazırlanması və təlimi.
“Azərbaycan İnvestisiya Şirkəti” müddətli investisiya qoyuluşları vasitəsilə qeyri-neft sektorunun inkişafına dəstək məqsədilə ölkə prezidentinin 30 mart 2006-cı il fərmanı ilə yaradılıb.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
-
2 saat əvvəl
Könüllü sığorta bazarı 13 %-dən çox, icbari sığorta bazarı 7 % böyüyüb
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Əhali etiraz etdi, "Dino Park" qiymətləri aşağı saldı
Dekabrın 25-də gözlənilən hava şəraiti
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
Ən çox oxunanlar
Ağdamda 2-ci yaşayış kompleksinin açılışı oldu
Putin Əliyevə zəng edib
Türkiyəyə gələn xarici turistlərin sayı 50 milyonu keçib
Azərbaycanın sığorta bazarı 12 %-ə yaxın böyüyüb
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
Azot gübrəsi ixracında böyük artım
BYD Tesla-nı geridə qoydu





















