TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
TuranBank və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında mühüm razılaşma: Azərbaycanda kiçik və orta biznes üçün 15 milyon dollarlıq yeni maliyyə xətti açılacaqAzərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC və İslam İnkişaf Bankı Qrupunun özəl sektor üzrə üzv qurumu olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında Azərbaycanda özəl sektor layihələrinin dəstəklənməsi məqsədilə 15 milyon ABŞ dolları məbləğində vəsaitin cəlb edilməsinə dair niyyət bəyannaməsi imzalanıb.
Marja xəbər verir ki, imzalanma mərasimi İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində keçirilən Özəl Sektor Forumunun açılış tədbirində baş tutub.
Qeyd edək ki, Bəyannamə ICD-nin icraçı direktoru vəzifəsini icra edən Dr. Xalid Xələfallah və TuranBank ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayev tərəfindən imzalanıb.
TuranBank ASC-dən bildirilib ki, cəlb olunan vəsait ölkədə fəaliyyət göstərən kiçik və orta sahibkarlıq (KOB) subyektlərinin layihələrinin maliyyələşdirilməsinə yönəldiləcəkdir. Mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi sahəsində güclü təcrübəyə və geniş xidmət şəbəkəsinə malik olan TuranBank mövcud infrastrukturu vasitəsilə bu resursların səmərəli və operativ şəkildə sahibkarlara çatdırılmasını təmin edəcəkdir. Bu layihə kiçik müəssisələrin maliyyə ehtiyaclarını qarşılamaqla yanaşı, ölkəmizdə KOB sektorunun inkişafına və maliyyə əlçatanlığının artırılmasına mühüm töhfə verəcəkdir.
Qeyd edilib ki, TuranBank ilə ICD arasında əməkdaşlıq 2008-ci ildən etibarən davam edir. Bu Memorandum tərəflər arasında mövcud olan çoxillik etibarlı əməkdaşlığın daha da dərinləşməsinin bariz nümunəsidir.
TuranBank haqqında
TuranBank ASC 1992-ci ildə təsis edilmiş və Azərbaycan maliyyə sektorunda fəaliyyət göstərən ən sabit və etibarlı qurumlardan biri kimi tanınır. Bank müştərilərinə beynəlxalq standartlara uyğun geniş çeşidli maliyyə xidmətləri təqdim edir.
Hazırda ölkə üzrə 22 xidmət nöqtəsi ilə fəaliyyət göstərən TuranBank 34 illik fəaliyyəti ərzində dayanıqlı inkişaf nümayiş etdirib. Bank şəffaflıq, etibarlılıq və sosial məsuliyyət prinsiplərinə sadiqliyi ilə seçilərək ölkənin bank sektorunda mühüm rol oynamaqda davam edir.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
4 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
5 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 5 saat əvvəl
-
6 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı

























