Bu gün PAŞA Bank-ın səhmlərinin yerləşdirilməsinə başlanılır
Bakı Fond Birjasında “PAŞA Bank” ASC-nin səhmlərinin yerləşdirilməsinə başlanılır.
Marja.az xəbər verir ki, Bakı Fond Birjasının Listinq Komitəsinin 3 aprel 2026-cı il tarixli qərarı ilə “PAŞA Bank” ASC-nin səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə icazə” qərarı verilib.
Qeyd olunan səhmlər üzrə abunə yazılışı 13 aprel 2026-cı il tarixində başlayıb və 12 iyun 2026-cı il tarixində, həmin gün də daxil olmaqla, yekunlaşıb. Qiymətli kağızların yerləşdirilməsi isə 18 iyun 2026-cı il tarixində başlanacaq.
Məlumata görə, emissiya çərçivəsində “PAŞA Bank” ASC-nin 932 min 926 ədəd sənədsiz adlı adi səhmi yerləşdiriləcək. Səhmlərin ilkin ticarət qiyməti 55 manat müəyyən edilib.
Beləliklə, emissiyanın ümumi həcmi 51 milyon 310 min 930 manat təşkil edir.
Səhmlərin dövlət qeydiyyat nömrəsi — ISIN kodu AZ1012006628-dir. Ticarət üsulu kütləvi abunə yazılışı formasında həyata keçirilir.
“PAŞA Bank” ASC-nin səhmləri üzrə əsas anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. Anderrayterlər qismində həmçinin “ABB-İnvest İnvestisiya Şirkəti” QSC və “Unicapital İnvestisiya Şirkəti” ASC çıxış edir.
Bu yerləşdirmə Azərbaycanın kapital bazarında bank sektoruna aid iri həcmli emissiyalardan biri kimi diqqət çəkir. PAŞA Bank səhmlərinin ticarətə buraxılması həm kapital bazarında bank alətlərinin dərinləşməsi, həm də investorların səhmdar kapitalı alətlərinə marağının artması baxımından əhəmiyyətli hadisə hesab olunur.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
2 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
2 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 3 saat əvvəl
-
3 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı


























