Azərbaycan daha çox pul ödəyib, amma daha az gübrə idxal edib
İlk 5 ayda gübrə idxalı 44 milyon dolları keçib. İdxalının həcmi isə 21,7% azaldıb2026-cı ilin yanvar-may aylarında Azərbaycana 44 milyon 755,8 min dollar dəyərində gübrə idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 42 milyon 395,6 min dollar idi. Dəyər ifadəsində idxal 2 milyon 360,2 min dollar və ya 5,6% artıb.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Gömrük Statistikasına istinadən xəbər verir.
Miqdar ifadəsində isə gübrə idxalı 90 min 77,4 tondan 70 min 539,3 tona düşüb. Azalma 19 min 538,1 ton və ya 21,7% təşkil edib.
Gübrə idxalında həcm azalsa da, dəyər artıb. Bu, orta idxal qiymətinin kəskin yüksəldiyini göstərir. Aqrar sektor üçün strateji əhəmiyyətli olan bu məhsulda qiymət artımı kənd təsərrüfatı xərclərinə də təsir edə bilər.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 52 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
1 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
2 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 2 saat əvvəl
-
2 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı
























