QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
İyunun 19-də Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini Anar Kərimov Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Serhat Köksalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan ilə QDTİB arasında əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri, Bankın ölkəmizdəki fəaliyyəti və maliyyələşdirmə istiqamətləri, infrastruktur və dayanıqlı inkişaf layihələri müzakirə olunub. Eyni zamanda, Azərbaycanın 2025–2026-cı illər üzrə QDTİB İdarəçilər Şurasına sədrliyi çərçivəsində cari il iyulun 1-də Bakıda keçiriləcək Bankın İllik Toplantısına hazırlıq işlərinin gedişi nəzərdən keçirilib.
Anar Kərimov Azərbaycanın QDTİB ilə formalaşmış uzunmüddətli və səmərəli əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayaraq, Bankın regionda iqtisadi əməkdaşlığın genişləndirilməsi, maliyyə resurslarına çıxış imkanlarının artırılması və özəl sektorun inkişafının təşviqində mühüm rol oynadığını qeyd edib. Bildirilib ki, Azərbaycan təsisçi üzvlərdən biri kimi Bankın institusional dayanıqlığının möhkəmləndirilməsinə və inkişaf təşəbbüslərinə ardıcıl dəstək göstərir.
Eyni zamanda, A.Kərimov Bankın Bakıda keçiriləcək İllik Toplantısının üzv ölkələr arasında maliyyə və iqtisadi dialoqun daha da genişlənməsinə, regional əməkdaşlığın dərinləşməsinə və çoxtərəfli tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə mühüm töhfə verəcəyinə əmin olduğunu bildirib.
Öz növbəsində, S.Köksal Azərbaycanla əməkdaşlığın inkişaf dinamikasını yüksək qiymətləndirərək, ölkəmizin Bankın fəaliyyətinə verdiyi töhfəni xüsusi qeyd edib. O, özəl sektorun dəstəklənməsi, kiçik və orta biznesin maliyyə resurslarına çıxışının genişləndirilməsi, infrastruktur layihələri, iqtisadiyyatın şaxələndirilməsi və yaşıl keçid istiqamətlərində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib.
Görüş zamanı, həmçinin, Bankın kapitalının artırılması prosesi üzrə görülən işlər barədə fikir mübadiləsi aparılıb, Azərbaycanın bu prosesdə iştirakı və üzərinə götürdüyü öhdəliklərə sadiqliyi bir daha təsdiqlənib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 gün sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
5 saat sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
ABŞ maliyyə naziri: Hörmüz boğazı iki il ərzində neft üçün əhəmiyyətini itirəcək
-
10 saat əvvəl
Rusiyada nağd valyuta çıxarılmasına məhdudiyyətlər daha 6 ay uzadıldı
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mark Zukerberq İrlandiyada tarixi qala aldı – dəyəri 35 milyon dollara çatır
- 13 saat əvvəl
-
13 saat əvvəl
200 milyon manatlıq dövlət istiqrazına 499 milyon manatlıq tələb oldu
-
13 saat əvvəl
Avrozonada inflyasiya təxminən 3 ilin ən yüksək səviyyəsinə çatdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyinatı olub
Putin və Pezeşkian danışıqlar aparıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avrozonada inflyasiya təxminən 3 ilin ən yüksək səviyyəsinə çatdı




























