Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Almaniyada “Baby Boomer” — 1946-1964-cü illərdə doğulan nəsil təqaüdə çıxdıqca ölkənin əmək bazarının 2040-cı ilə qədər hazırkı işçi qüvvəsinin təxminən 30 faizini itirəcəyi bildirilir. Almaniya yaşlı əhalini əmək bazarında saxlamaq üçün pensiya yaşını artırmağa hazırlaşır.Almaniya Federal Statistika İdarəsi (Destatis) 2025-ci il üzrə mikrosiyahıyaalmanın ilkin nəticələrini açıqlayıb.
Marja.az xəbər verir ki, məlumata görə, 2040-cı ilə qədər əmək bazarında olan təxminən 13,3 milyon nəfər qanuni pensiya yaşı hesab edilən 67 yaşı keçmiş olacaq. Bu göstərici ötən il aktiv olan ümumi işçi qüvvəsi təklifinin 30 faizinə bərabərdir.
Gənc yaş qruplarının say baxımından “Baby Boomer” nəslini əvəz edə biləcək səviyyədə olmaması ölkədə xroniki işçi qüvvəsi çatışmazlığı riskinə işarə edir.
Yaşlı əhalinin məşğulluqda iştirakı artır
İşçi qüvvəsi çatışmazlığına qarşı qısamüddətli həll yolu kimi yaşlı əhalinin əmək bazarında saxlanılması müzakirə olunur. Məlumatlar bu tendensiyanın artıq başladığını göstərir.
2015-ci ildə çalışan əhalinin 20,7 faizini 55 və daha yuxarı yaşlı şəxslər təşkil etdiyi halda, bu göstərici 2025-ci ildə 27 faizə yüksəlib.
Pensiya yaşının mərhələli şəkildə 67-yə qaldırılmasının nəticəsi olaraq, ümumi məşğulluq daxilində 65 və daha yuxarı yaşlı çalışanların payı 2015-ci ildəki 2,5 faiz səviyyəsindən 2025-ci ildə 4,3 faizə çatıb.
Pensiya sistemində islahat təzyiqi
Digər tərəfdən, əmək bazarında sözügedən kəskin daralma siqnalları fonunda Almaniya hökumətinin Pensiya Komissiyasının hazırladığı islahat təkliflərini bu gün Kansler Fridrix Mertsə təqdim edəcəyi bildirilir.
Ekspertlər komissiyasının fasiləsiz erkən pensiyaya çıxmaq imkanı verən “63 yaşında pensiya” tətbiqinin ləğvini, pensiya yaşının birbaşa gözlənilən ömür uzunluğuna indeksləşdirilməsini və məcburi, kapital əsaslı əlavə pensiya sisteminin tətbiqini təklif edəcəyi qeyd olunur.
Hökumət koalisiyasını təşkil edən Xristian Birlik partiyaları — CDU/CSU ilə Sosial Demokrat Partiyasının — SPD liderlərinin islahatın əsas istiqamətləri üzrə gələn ayın əvvəlində razılığa gələcəyi gözlənilir.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 19 d. əvvəl
-
46 d. əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
1 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
1 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 2 saat əvvəl
-
2 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı


























