"Bir" ekosistemi “Spark Tələbə İnnovasiya Proqramı”nın qaliblərini elan etdi
Birinci yerə “KəndYol” komandası (4000 AZN), ikinci yerə “AEVIC Esports” komandası (2000 AZN), üçüncü yerə isə “Booker” komandası (1000 AZN) layiq görülüb.(®) Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir, gənclərin innovativ ideyalarını real həllərə çevirmək məqsədilə həyata keçirdiyi “Spark Tələbə İnnovasiya Proqramı”nı uğurla yekunlaşdırıb.
Beş ay davam edən proqramın final mərhələsində 9 komanda öz məhsul və həllərini münsiflər heyətinə təqdim edib. Finala qədər iştirakçılar Bir ekosisteminin məhsul sahiblərindən mentorluq dəstəyi alıb və fərqli mövzularda təlimlər keçiblər.
Bir ekosisteminin yerli innovasiya laboratoriyası Future Lab-da təşkil olunan finalda münsiflərin qiymətləndirməsinə əsasən, ən innovativ həllər təklif edən üç komanda qalib adını qazanaraq pul mükafatları ilə təltif olunublar.
Birinci yerə “KəndYol” komandası (4000 AZN), ikinci yerə “AEVIC Esports” komandası (2000 AZN), üçüncü yerə isə “Booker” komandası (1000 AZN) layiq görülüb.
İlk yerin qalibi olan “KəndYol” aqrar sahədə istehsalçılar və istehlakçılar arasında əlaqələrin daha səmərəli qurulmasına yönəlmiş həllə çıxış edib. Layihənin sosial təsir potensialı və davamlı inkişaf perspektivləri nəzərə alınaraq, komanda münsiflər heyəti tərəfindən birinci yerə layiq görülüb.
İkinci yerin sahibi “AEVIC Esports” gənclərin inkişafına və ölkədə esports (kiberidman) ekosisteminin gücləndirilməsinə istiqamətlənmiş yanaşması ilə fərqlənib. Bu layihənin məqsədi yeni istedadların kəşf edilməsi və onların peşəkar və karyera inkişafı, o cümlədən ümumilikdə esports mədəniyyətinin aşılanmasını dəstəkləməkdir.
Son olaraq, “Booker” komandasının irəli sürdüyü layihə bilik və mütaliə resurslarının daha əlçatan və səmərəli şəkildə paylaşılmasını, oxu mədəniyyətinin inkişafını və geniş oxucu icmasını bir araya gətirməyi hədəfləyir. Layihənin cəmiyyətə müsbət sosial təsir potensialı münsiflər heyəti tərəfindən üçüncü yer ilə dəyərləndirilib.
Bununla yanaşı, finalda iştirak edən 9 komandanın bütün üzvləri Bir ekosisteminin müxtəlif bizneslərində təcrübə proqramına qəbul olunublar. Məqsəd yeni texnologiya və innovasiyalara marağı olan gəncləri bir araya gətirmək, onların karyera və inkişafını stimullaşdırmaq, real iş mühitində praktik təcrübə imkanı yaratmaqdır.
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKartla qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Ətraflı məlumat üçün: bir.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 gün sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
4 saat sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
ABŞ maliyyə naziri: Hörmüz boğazı iki il ərzində neft üçün əhəmiyyətini itirəcək
-
11 saat əvvəl
Rusiyada nağd valyuta çıxarılmasına məhdudiyyətlər daha 6 ay uzadıldı
- 11 saat əvvəl
-
12 saat əvvəl
Mark Zukerberq İrlandiyada tarixi qala aldı – dəyəri 35 milyon dollara çatır
- 14 saat əvvəl
-
14 saat əvvəl
200 milyon manatlıq dövlət istiqrazına 499 milyon manatlıq tələb oldu
-
14 saat əvvəl
Avrozonada inflyasiya təxminən 3 ilin ən yüksək səviyyəsinə çatdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyinatı olub
Putin və Pezeşkian danışıqlar aparıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avrozonada inflyasiya təxminən 3 ilin ən yüksək səviyyəsinə çatdı






























