Gömrük Komitəsinin sədri bu suala konkret cavab verə bilmədi - "İlin sonunda daha dolğun cavab vermək mümkün olacaq"
Güzəşt bitdi, idxal çökdü: hibrid maşın bazarında kəskin azalma.Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, "İstehsal tarixi 3 ili keçməyən hibrid və elektrik mühərrikli nəqliyyat vasitələrinin ƏDV-dən azad olunması ilə bağlı qərar artıq qüvvəsini itirib. Bu qərar Dövlət Gömrük Komitəsinin büdcə daxilolmasına və ümumiyyətlə, bu, ölkənin avtomobil bazarına necə təsir edir? Yeni imtiyazların tətbiqi mümkün ola bilərmi? Bu barədə müzakirələr aparılır?" sualına dolğun cavab verə bilməyib.
"Azərbaycanda hibrid avtomobillərə tətbiq edilən gömrük güzəştlərinin qüvvədən düşməsi bu nəqliyyat vasitələrinin idxalına ciddi təsir göstərib".
Marja.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirib.
Onun sözlərinə görə, əvvəlki dövrdə hibrid və elektrik mühərrikli minik avtomobillərinin idxalı zamanı müəyyən güzəştlər tətbiq olunurdu. Lakin həmin güzəştlərin qüvvədən düşməsindən sonra bu nəqliyyat vasitələri üzrə gömrük ödənişlərinin ödənilməsi prosesinə başlanılıb.
Şahin Bağırov bildirib ki, 2025-ci ilin nəticələrinə əsasən, Azərbaycana 68 mindən çox hibrid avtomobil idxal olunub. Bu avtomobillər əsasən istehsal tarixi 3 ildən çox olmayan və mühərrik həcmi 2500 kub santimetrədək olan nəqliyyat vasitələri olub.
DGK sədri qeyd edib ki, 2025-ci ildə ölkəyə idxal olunan elektrik mühərrikli avtomobillərin sayı isə 2 minə yaxın olub.
Avtomobil bazarına gömrük zərbəsi: hibrid idxalı iki dəfə azalıb
Onun sözlərinə görə, 2026-cı ilin ilk 5 ayında hibrid və elektrik avtomobillərinin idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən iki dəfə azalıb.
“Biz burada başa düşürük ki, bu, artıq azadolmaların, yəni güzəştlərin aradan qaldırılması ilə bağlıdır. Digər tərəfdən, 2025-ci ildə vətəndaşlarımızın tələbatı əsasında kifayət qədər avtomobil həmin dövrdə ölkəyə gətirilib”, - deyə Şahin Bağırov bildirib.
Maşın gətirənlər üçün yeni reallıq: 5 ayda 12 milyon manatdan çox ödəniş
Komitə sədri əlavə edib ki, idxalın azalmasına baxmayaraq, cari ilin ilk 5 ayında bu nəqliyyat vasitələri üzrə 12 milyon manatdan çox gömrük ödənişinin təmin olunması mümkün olub.
“Baxmayaraq ki, nəqliyyat vasitələrinin sayı təxminən iki dəfə azalıb, 5 ay ərzində 12 milyon manatdan çox gömrük ödənişlərinin ödənilməsi təmin olunub”, - deyə DGK sədri qeyd edib.
Şahin Bağırov bildirib ki, hazırda avtomobil idxalının növbəti aylarda hansı istiqamətdə dəyişəcəyi barədə konkret fikir bildirmək çətindir. Çünki mövcud rəqəmlər hələlik idxalda azalma olduğunu göstərir.
Onun sözlərinə görə, ilin sonunda bu məsələyə yenidən baxıldıqdan sonra avtomobil bazarında formalaşan mənzərə barədə daha dolğun qiymətləndirmə aparmaq mümkün olacaq.
“İlin sonunda bu məsələyə bir daha nəzər yetirsək, o zaman mənzərənin necə olduğu barədə daha dolğun cavab vermək mümkün olacaq”, - deyə Şahin Bağırov bildirib.
DGK sədri yeni imtiyazların tətbiqi ilə bağlı konkret qərar və ya müzakirə barədə məlumat verməyib.
Şahin Bağırov: "Cari ilin beş ay ərzində bu rəqəm, əlbəttə ki, iki dəfə azdır, keçən ilin analoji dövriylə baxsaq, iki dəfə azalıbdır. Biz başa düşürük ki, burada səbəblərdən biri artıq azad olunmaların aradan qaldırılmasıdır, yəni güzəştlərin aradan qaldırılmasıdır və bundan əvvəl 2025-ci ildə ehtiyaclar əsasında vətəndaşlarımızın kifayət sayda maşınların ölkəyə artıq həmin müddətdə gətirilməsi ilə bağlıdır. Növbəti mərhələdə ola bilər bu artsın, amma ümumilikdə əlbəttə ki, 12 milyon manatdan çox gömrük ödənişləri ödənilməsi təmin olunur, yəni bu beş ay ərzində. Baxmayaraq ki, nəqliyyat vasitələrinin sayı kifayət qədər iki dəfə azalıbdır. İndi burada bir məsələni də nəzərədən keçirmək lazımdır ki, bu maşınların artımı hansı qaydada baş verəcək, biz hələlik bir söz deyə bilmərik, çünki rəqəmlər əksinə azalmanı göstərir. İlin sonunda biz bu məsələyə bir daha nəzər yetirək, onda daha dolğun sizə cavab verə bilərik ki, mənzərə necədir".
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Təhlil
Şahin Bağırovun açıqlamasından görünür ki, hibrid və elektrik avtomobillərinə tətbiq edilən güzəştlərin ləğvi bazara dərhal təsir edib. 2026-cı ilin ilk 5 ayında idxalın təxminən iki dəfə azalması alıcı davranışının gömrük və vergi imtiyazlarından ciddi şəkildə asılı olduğunu göstərir.
Digər tərəfdən, idxal sayının azalmasına baxmayaraq, büdcəyə 12 milyon manatdan çox gömrük ödənişinin daxil olması fiskal baxımdan müsbət nəticədir. Yəni dövlət büdcəsi güzəştlərin ləğvindən əlavə daxilolma əldə edib, lakin bunun qarşılığında bazarda idxal həcmi zəifləyib.
Bu vəziyyət avtomobil bazarında qiymətlərə hələ ki, ciddi təsir etməyib. Güzəştlərin ləğvi idxal xərclərini artırdığı üçün hibrid və elektrik avtomobillərinin son satış qiymətlərində bahalaşma təzyiqi yarana bilərdi. Lakin, 2025-ci ildə bazara 68 mindən çox hibrid avtomobilin gətirilməsi qısamüddətli dövrdə təklifin müəyyən qədər yüksək qalmasına səbəb olub.
İş elanları AzVak.az-da
© DGK sədri Şahin Bağırovun "Report" İnformasiya Agentliyi və "İctimai TV"yə müsahibəsindən
Müştərilərin xəbərləri
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat sonra
-
48 d. əvvəl
Tabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
-
52 d. əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
1 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
-
1 saat əvvəl
20 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub - SİYAHI, YENİLƏNİR
-
1 saat əvvəl
Mərkəzi Bank: Gündəlik 20 min manatlıq kart köçürmələri şübhə yarada bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda ani ödənişlərin sayı 25 dəfə artıb – Mərkəzi Bank rekord göstəricilər açıqladı
-
2 saat əvvəl
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
13%-lik istiqrazları 71 investor aldı
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
“Azər Türk Bank”ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb
Ən çox oxunanlar
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
ATB-nin xalis mənfəəti 62% artıb
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb ®
Oktyabrın 16-da gözlənilən hava şəraiti






















