"Avtoicbari sığortası üzrə hər il 100-120 milyon manat təzminat ödənilir"
Azərbaycanda icbari sığorta sistemi fəaliyyət göstərməsəydi, 100-120 milyon manat həcmində zərərin kompensasiyası birbaşa vətəndaşların üzərinə düşəcəkdi.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov Bakıda keçirilən "Əmlak sığortası və risklərin qorunması: Evlərin və bizneslərin təhlükəsizliyinin təmin edilməsi" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, avtonəqliyyat vasitələri üzrə icbari sığortanın başlıca hədəfi üçüncü tərəflərə dəyən zərərin təcili qaydada kompensasiya edilməsidir: "Əgər bu cür sığorta sistemi mövcud olmasaydı, yol-nəqliyyat hadisələrindən sonra tərəflər arasında ciddi anlaşılmazlıqlar meydana gələr və zərərə yol açan şəxs əksər hallarda dəymiş ziyanı kompensasiya etmək iqtidarında olmazdı. Məhz bu səbəbdən sığorta modeli həyata keçirilir. Şəxsin mülki məsuliyyəti ortaya çıxdıqda, dəymiş zərəri onun adından sığorta şirkəti ödəyir.
Azərbaycanda sığorta şirkətləri avtonəqliyyat vasitələrinin icbari sığortası çərçivəsində hər il təqribən 100-120 milyon manat məbləğində təzminat ödəyir. Bu da onu göstərir ki, sığorta sistemi olmasaydı, həmin məbləği vətəndaşlar şəxsi vəsaitləri hesabına qarşılamalı olacaqdılar. Daşınmaz əmlakın icbari sığortasında da oxşar prinsip işlək vəziyyətdədir. Burada əsas məram risklərin sığorta şirkətləri vasitəsilə örtülməsi və zərər baş verdiyi halda vətəndaşa kompensasiya ödənilməsidir.
Sığortanın fundamental prinsiplərindən biri sığortalını hadisədən öncəki maliyyə durumuna geri qaytarmaqdır. Başqa sözlə, sığorta mexanizmi baş vermiş hadisənin maliyyə təsirlərini kompensasiya edərək şəxsin əvvəlki maddi vəziyyətini bərpa etməyə yönəlib".
V. Qurbanov hesab edir ki, icbari sığorta tətbiq olunduqda sığorta prinsiplərinin bütünlüklə əhatə edilməsi müəyyən dərəcədə çətinlik yaradır: "Belə ki, könüllü sığortada daha geniş əhatə dairəsi, xüsusi şərtlər və risklərə müvafiq fərdiləşdirilmiş sığorta haqlarının təyin edilməsi imkanı mövcuddur. Bundan əlavə, vətəndaşın sığorta haqqını ödəmə qabiliyyəti və xidmətin əlçatanlığı də diqqətə alınır.
Bu baxımdan hər hansı sığorta növü icbari xarakter daşıdıqda əsas fokus sığorta xidmətlərinin əlçatan olmasına yönəldilməlidir. Yəni qanunun tətbiq edildiyi bütün şəxslər bu xidmətdən sərbəst formada istifadə edə bilməlidir. İcbari sığorta növlərində minimum təminat həddləri müəyyənləşdirilir ki, xidmət hər bir vətəndaş üçün əlçatan olsun. Bu çərçivədən xaricə çıxan əlavə təminatlar isə könüllü sığorta yolu ilə təklif edilir".
AMB-nin baş direktoru vurğulayıb ki, sığorta mədəniyyətinin yaranması üçün insanların risklər haqqında məlumatlılığı mühüm rol oynayır.
Onun sözlərinə görə, riskləri nəzərə almayan və ya uzun müddət ərzində heç bir hadisə ilə qarşılaşmayan insanlar bir qayda olaraq sığortaya ehtiyac hiss etmirlər: "Lakin risk reallaşdıqdan sonra sığortaya tələbat yaranır və artıq gecikilmiş olur. Məhz bu səbəbdən icbari sığorta mexanizmlərinin əsas hədəflərindən biri də vətəndaşları sığorta ilə tanış etmək və onlarda sığorta alışqanlığı yaratmaqdır. Azərbaycanda daşınmaz əmlakın icbari sığortası da bu məqsədlə 2011-ci ildən etibarən tətbiq olunmaqdadır".
© "Report"
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat sonra
- 12 d. əvvəl
-
-
23 d. əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 27 d. əvvəl
-
1 saat əvvəl
Tabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
1 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
1 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
-
1 saat əvvəl
20 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub - SİYAHI, YENİLƏNİR
-
2 saat əvvəl
Mərkəzi Bank: Gündəlik 20 min manatlıq kart köçürmələri şübhə yarada bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
13%-lik istiqrazları 71 investor aldı
Ən çox oxunanlar
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
“Azər Türk Bank”ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
ATB-nin xalis mənfəəti 62% artıb
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb ®
























