Yapon yeni 1986-cı ildən bəri ən aşağı səviyyəyə düşüb
Yapon yeninin ABŞ dolları qarşısında son 40 ilin ən aşağı göstəricisi qeydə alınıb. Yen çərşənbə axşamı ABŞ dolları qarşısında 1986-cı ildən bəri ən aşağı səviyyəyədək zəifləyib. Bu isə investorları Yaponiya rəsmilərinin mümkün valyuta müdaxiləsi ilə bağlı diqqətli olmağa vadar edib. LSEG-in məlumatlarına görə, 1 dollar 162,19 yen səviyyəsini görüb.Yaponiya yeni çərşənbə axşamı ABŞ dolları qarşısında 1986-cı ildən bəri ən aşağı səviyyəsinə geriləyərək investorları Yaponiya rəsmilərinin valyuta bazarına mümkün müdaxiləsi ilə bağlı yenidən narahat vəziyyətə salıb.
Marja xəbər verir ki, Asiya ticarət sessiyasının ilk saatlarında yapon yeni dollar qarşısında 162,27 səviyyəsinədək zəifləyərək son 40 ilin ən aşağı göstəricisini qeydə alıb.
Yaponiyanın maliyyə naziri Satsuki Katayama bildirib ki, hökumət valyuta bazarındakı həddindən artıq hərəkətlərə qarşı zəruri addımlar atmağa hazırdır.
Katayama qeyd edib: “Bu, Yaponiya ilə ABŞ arasında da təsdiqləndiyi kimi, qətiyyətli müdaxilələri də əhatə edir”.
Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Minoru Kihara isə keçirdiyi mətbuat konfransında hökumətin iqtisadiyyatı məzənnə dalğalanmalarına qarşı daha dayanıqlı hala gətirmək üçün çalışacağını bildirib. Kihara zərurət yarandığı halda valyuta bazarına müdaxilə etməyə hazır olduqlarını vurğulasa da, yenin hazırkı səviyyəsi ilə bağlı şərh verməkdən çəkinib.
Aprel-may aylarında Yaponiya milli valyutanı dəstəkləmək üçün valyuta ehtiyatlarından 11,7 trilyon yendən, yəni 72,8 milyard dollardan çox vəsait xərcləyib.
Aprelin 30-da yen dollar qarşısında 160,39 səviyyəsindən 156,6 səviyyəsinədək kəskin möhkəmlənmişdi. Bu isə Tokionun bazara müdaxilə etməsi ilə bağlı ehtimalları artırmışdı. Növbəti gün valyuta təxminən 155 səviyyəsinədək bahalaşsa da, daha sonra yenidən ucuzlaşmağa başlamışdı.
Yaponiya Mərkəzi Bankı bu yaxınlarda əsas faiz dərəcəsini 1%-ə qaldırıb. Bu, son 30 ildən çox müddətdə ən yüksək səviyyədir və 2024-cü ildə başlayan pul siyasətinin normallaşdırılması prosesinin davamı kimi qiymətləndirilir.
Faiz dərəcəsinin 0,25 faiz bəndi artırılması mərkəzi bankın dekabrdan bəri ilk faiz artımı olub. Dekabrda faiz dərəcəsi 0,75%-ə yüksəldilmişdi. Son qərarla borclanma xərcləri 1995-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.
Bu addım Yaponiya iqtisadiyyatında inflyasiya təzyiqlərinin artdığı bir vaxtda atılıb. İnflyasiya təzyiqləri qismən İran münaqişəsi dövründə enerji qiymətlərinin yüksəlməsi ilə əlaqələndirilir.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 52 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
1 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
2 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 2 saat əvvəl
-
2 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı

























