Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
"Baltika" pivə istehlakı mədəniyyətini yalnız Rusiyada deyil, məhsullarını ixrac etdiyi ölkələrdə də inkişaf etdirir. İyunun 24-də şirkət Bakıda pivənin düzgün təqdimatı və müxtəlif yeməklərlə uyğunlaşdırılması mövzusuna həsr olunmuş xüsusi qastronomik tədbir təşkil edib.
Rusiyanın pivə istehsalı sahəsinin liderlərindən biri olan "Baltika" pivə istehlakı mədəniyyətinin formalaşdırılmasına, o cümlədən pivənin müxtəlif yeməklərlə düzgün uyğunlaşdırılması sənətinin inkişafına xüsusi önəm verir. Tədbir iştirakçıları «Baltika» şirkətinin, o cümlədən alkoqolsuz məhsullarının xüsusiyyətləri ilə yaxından tanış olmaq, həmçinin zərif qəlyanaltılar, ət yeməkləri və desertlərlə birlikdə pivənin yeni dad çalarlarını kəşf etmək imkanı əldə ediblər.
"Pivə zəngin tarixə və yüksək qastronomik potensiala malik içkidir. “Baltika”nın 35 illik fəaliyyəti ərzində biz pivə istehsalı sahəsində böyük təcrübə toplamışıq və inanırıq ki, pivənin məsuliyyətli və ölçülü istehlakı insanların dad təəssüratlarını zənginləşdirə və tanış məhsullara yeni çalarlar qata bilər. Bakıda yaşayan insanlara yeni qastronomik üfüqlər açmaq imkanı qazandığımız üçün çox məmnunuq", — deyə "Baltika" Pivə Şirkətinin İnkişaf və Effektivlik üzrə direktoru Vitali Şayxutdinov bildirib.
Tədbirin xüsusi atmosferini yaratmaq məqsədilə restoranın dəbdəbəli interyeri xüsusi dekor elementləri ilə tamamlanıb, gecənin ümumi ovqatını isə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Nərmin Əliyevanın çıxışı daha da zənginləşdirib. Tədbirdə restoran sahibləri və satış kanallarının nümayəndələri, tanınmış bloggerlər və KİV nümayəndələri, "Azerish LTD" və "Baltika"» Pivə Şirkətinin əməkdaşları, həmçinin Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin nümayəndələri iştirak ediblər.
"Baltika" Azərbaycanda məhsul çeşidini genişləndirməyə hazırdır. Hazırda şirkət ölkəyə "Baltika" pivə xəttini, həmçinin "Kuler", "Blanche Bière" və "Old Bobby" brendlərini ixrac edir. 2024-cü ildən etibarən Rusiyada istehsal olunan "Baltika" Pivə Şirkətinin məhsulları rəsmi olaraq Azərbaycana tədarük edilir. "Azerish LTD" isə brendin ölkədə rəsmi idxalçısı və distribütoru olaraq onun bazardakı mövqeyinin gücləndirilməsi və pivə istehlakı mədəniyyətinin inkişafı istiqamətində fəal fəaliyyət göstərir.
"Baltika" Pivə Şirkəti Rusiyanın aparıcı istehlak malları istehsalçılarından biridir. Şirkətin məhsul portfelinə 50-dən çox brend ("Baltika", "Nevskoe", "Arsenalnoye", "Yarpivo", "Don" və s.), həmçinin «Xrustalnaya» içməli suyu daxildir. Şirkət 8 pivə zavodu və 2 səməni istehsalı müəssisəsini idarə edir, pivəlik arpa yetişdirilməsi üzrə öz aqrar proqramını və mayaotu becərilməsi layihəsini həyata keçirir. Dünya səviyyəli keyfiyyəti sayəsində şirkətin brendləri peşəkar və istehlakçı müsabiqələrində 700-dən çox Rusiya və beynəlxalq mükafata layiq görülüb.
"Azerish LTD" 2024-cü ildən etibarən Azərbaycanda «Baltika» Pivə Şirkətinin məhsullarının rəsmi idxalçısı və distribütorudur. Şirkət ölkə bazarında brendlərin inkişafı istiqamətində fəaliyyət göstərir, aparıcı pərakəndə satış şəbəkələri və HoReCa sektoru ilə əməkdaşlıq edir, həmçinin pivə istehlakı mədəniyyətinin inkişafına yönəlmiş layihələri həyata keçirir.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat sonra
- 8 d. əvvəl
-
-
19 d. əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 23 d. əvvəl
-
1 saat əvvəl
Tabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
1 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
1 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
-
1 saat əvvəl
20 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub - SİYAHI, YENİLƏNİR
-
2 saat əvvəl
Mərkəzi Bank: Gündəlik 20 min manatlıq kart köçürmələri şübhə yarada bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
13%-lik istiqrazları 71 investor aldı
Ən çox oxunanlar
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
“Azər Türk Bank”ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
ATB-nin xalis mənfəəti 62% artıb
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb ®

























