BTC üzrə operatorluq SOCAR-a təhvil verildi
2 iyul 2026-cı il tarixində Səngəçal Terminalında Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac boru kəmərinin 20 illiyi, BTC üzrə operatorluğun və BTC ilə Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemləri üzrə vahid operatorluğun SOCAR-a təhvil verilməsi münasibətilə tədbir keçirilib.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli tədbirdə çıxış edərək ötən 20 il ərzində BTC-nin uğurlarından, layihənin beynəlxalq əhəmiyyətindən, bp-nin uzunmüddətli səmərəli operatorluq rolundan bəhs edib, SOCAR-ın boru kəmərinin istismarı zamanı təhlükəsizlik, etibarlılıq və əməliyyat mükəmməlliyi sahəsində mövcud yüksək standartları uğurla davam etdirəcəyinə əminliyini ifadə edib, SOCAR və digər tərəfdaşlarla sıx və uzunmüddətli əməkdaşlığın daha da möhkəmləndiriləcəyini bildirib.
Bakı–Tbilisi–Ceyhan boru kəmərinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın müasir enerji strategiyasının ən mühüm nailiyyətlərindən biri olduğunu söyləyən SOCAR-ın prezidenti Rövşən Nəcəf BTC-nin Xəzər regionunu Qara dəniz hövzəsi vasitəsilə Aralıq dənizi ilə birləşdirən strateji enerji dəhlizi formalaşdırdığını və Xəzərin enerji resurslarının beynəlxalq bazarlara çıxış modelini əsaslı şəkildə dəyişdirdiyini qeyd edib. BTC üzrə operatorluğun, eləcə də BTC və CQBK sistemləri üzrə vahid operatorluğun SOCAR-a keçməsinin Azərbaycanın enerji sektorunun inkişafında növbəti mühüm mərhələ olduğunu deyən Rövşən Nəcəf bu mühüm hadisənin SOCAR-ın otuz ildən artıq müddətdə formalaşdırdığı zəngin əməliyyat təcrübəsini və peşəkar imkanlarını nümayiş etdirdiyini vurğulayıb.
İqtisadiyyat nazirinin müavini Anar Axundov çıxışında son iyirmi il ərzində Bakı–Tbilisi–Ceyhan boru kəmərinin Azərbaycanın enerji sektorunun inkişafı ilə yanaşı, ölkəmizin dayanıqlı iqtisadi tərəqqisinə və regional əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verdiyini bildirib. bp-nin son iki onillik ərzində BTC boru kəmərinin operatoru qismində uğurlu fəaliyyətini qeyd edən nazir müavini boru kəməri üzrə operatorluğun SOCAR-a keçməsinin Azərbaycanda uzun illər ərzində beynəlxalq tərəfdaşlıq mühitində formalaşmış peşəkar bilik və əməliyyat imkanlarının məntiqi nəticəsi olduğunu vurğulayıb.
BTC-nin regional əməkdaşlığın və etibarlı beynəlxalq tərəfdaşlığın rəmzi kimi xüsusi əhəmiyyət daşıdığını söyləyən energetika nazirinin müavini Kamal Abbasov layihənin dəyərinin təkcə ötən 20 il ərzində nəql olunan neft həcmləri ilə ölçülmədiyini, eyni zamanda region ölkələri, şirkətlər və xalqlar arasında formalaşdırdığı etimad, əməkdaşlıq və uzunmüddətli tərəfdaşlıq münasibətlərində də öz əksini tapdığını diqqətə çatdırıb.
bp-nin Boru kəmərləri əməliyyatları üzrə meneceri, veteran neftçi Elxan Sultanov isə çıxışında BTC layihəsinin ilk dövrlərindən etibarən bu prosesin iştirakçısı olduğunu bildirərək, bu strateji layihə üzrə operatorluğun SOCAR-a keçdiyi mərhələdə onun uğurlu fəaliyyətinə töhfə verməyə davam etməkdən məmnunluğunu ifadə edib. Elxan Sultanov boru kəmərinin təhlükəsiz, etibarlı və səmərəli istismarının təmin olunmasının əsas prioritetlərdən olduğunu bildirib.
Sonra Rövşən Nəcəf və Cio Kristofoli BTC üzrə operatorluğun və BTC ilə CQBK sistemləri üzrə vahid operatorluğun SOCAR-a təhvil verilməsini ifadə edən rəmzi idarəetmə düyməsini sıxıblar.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
10 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 10 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
11 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 11 saat əvvəl
-
11 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 11 saat əvvəl
-
11 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 12 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı



























