AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
(®) Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi sahəsində lider olan AccessBank yeni biznes müştəriləri üçün xüsusi kampaniyaya start verir. Kampaniya çərçivəsində ilk dəfə biznes hesabı açan fərdi sahibkarlar və korporativ müştərilər seçilmiş bank xidmətləri üzrə 50%-dək endirimdən yararlana biləcəklər.
Kampaniya 7 may – 1 sentyabr 2026-cı il tarixlərini əhatə edir və yalnız bu müddət ərzində AccessBank-da ilk dəfə biznes hesabı açan yeni müştərilər üçün keçərlidir.
Güzəştli tariflər ölkədaxili və beynəlxalq köçürmələri, hesabdan nağdlaşdırma əməliyyatlarını, əməkhaqqı kartlarının rəsmiləşdirilməsini, eləcə də biznes kartları üzrə xidmətləri əhatə edir. Kampaniyanın məqsədi sahibkarların gündəlik bank əməliyyatlarını daha sərfəli, çevik və rahat şəkildə həyata keçirmələrinə dəstək olmaqdır.
Kampaniya çərçivəsində tətbiq olunan güzəştli tariflər haqqında daha ətraflı məlumat: Biznes müştərilərinə 50%-dək endirim
AccessBank sahibkarların dayanıqlı inkişafının dəstəklənməsini və onların müasir maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsini strateji prioritetlərindən biri hesab edir. Bank bu kimi təşəbbüslərlə biznes mühitinin inkişafına, xüsusilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına töhfə verməyə davam edir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
7 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
8 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
- 11 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Kürdəmirdə “Bazarstore” açılır
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Avqustun 13-də gözlənilən hava şəraiti
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib


















