ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
Çinin "Tencent” və “SenseTime” şirkətlərinin təmsilçiləri ilə görüşlər keçirilib, süni intellektin bankçılıqda tətbiqi, rəqəmsal maliyyə xidmətləri və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.Çinin Dalian şəhərində Dünya İqtisadi Forumunun (Davos Forumu) “Yeni Çempionların İllik Toplantısı” keçirilib.
Toplantıda ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov və İdarə Heyəti sədrinin müavini Taleh Tahirli də iştirak edib.
Burada Forumun Maliyyə Xidmətlərində Süni İntellekt İcmasının “Maliyyə Xidmətləri üçün Süni İntellekt Bələdçisi” ““The AI Playbook for Financial Services”) adlı hesabatı təqdim edilib və hesabatda ABB-nin süni intellekt həlləri də nümunəvi təcrübə kimi yer alıb.
“Bu, komandamızın son illərdə gördüyü işlərin beynəlxalq səviyyədə tanınmasının daha bir göstəricisidir” – Abbas İbrahimov özünün sosial media hesabında qeyd edib.
Qeyd edək ki, Hesabatda ABB-nin maliyyə inklüzivliyini genişləndirməkdən ötrü süni intellektdən istifadə etdiyi, bank xidmətlərini hər kəs üçün sadələşdirmək məqsədilə müştərilərlə danışan süni intellekt əsaslı köməkçilərdən də yararlandığı göstərilir. Qeyd edilir ki, artıq biznes qurumları əvvəllər təsəvvür belə edilməyən və ya həyata keçirilməsi sadəcə mümkün olmayan yeni dəyər mənbələrini yaratmaqdadırlar.
Hesabatda ABB-nin təcrübəsi ilə bağlı təqdim edilən nümunə isə mikrokredit müraciətləri üzrə risk qiymətləndirməsi və qərarvermə proseslərində süni intellektin tətbiqidir. Bu həllin ABB üçün gəlirli biznes istiqaməti yaratdığı, portfel üzrə orta gəlirliliyin 21% təşkil etdiyi bildirilib.
Abbas İbrahimov, Çin Baş nazirinin aparıcı şirkətlərin rəhbərləri ilə qapalı görüşündə də iştirak edib: “Görüşdə innovasiya və süni intellektin ölkənin gələcək inkişaf strategiyasının əsas istiqamətlərindən biri olduğu, xarici investorlar üçün açıq əməkdaşlıq siyasətinin davam etdiriləcəyi və qlobal çağırışların yalnız əməkdaşlıq yolu ilə həll oluna biləcəyi xüsusi vurğulandı”.
ABB nümayəndələri Şanxayda 1 milyarddan çox istifadəçisi olan WeChat və WeChat Pay ekosisteminin yaradıcısı “Tencent”, eləcə də Çinin AI və kompüter vizyon texnologiyaları üzrə aparıcı şirkətlərindən biri “SenseTime” şirkətinin təmsilçiləri ilə də görüşlər keçirib, süni intellektin bankçılıqda tətbiqi, rəqəmsal maliyyə xidmətləri və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.
“Süni intellekt artıq gələcəyin deyil, bugünün rəqabət üstünlüyüdür. Bu sahədə beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi isə innovasiyaların daha sürətli tətbiqinə, yeni imkanların yaranmasına mühüm töhfə verir” – Abbas İbrahimov qeyd edib.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
4 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
5 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 5 saat əvvəl
-
6 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı


























