Palma yağı təhlükəlidirmi? - Qoşqar Təhməzlidən açıqlama
"Qarğıdalı və günəbaxan yağı istehsalı ilə məşğul olan bir sıra iri müəssisələr və bəzi ölkələrdə bu sahə üzrə fəaliyyət göstərən dairələr palma yağı ilə bağlı mənfi məlumatların yayılmasında maraqlı olublar".Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli palma yağı ilə bağlı ictimaiyyətdə yanlış təsəvvürlərin formalaşdığını bildirib.
O qeyd edib ki, cəmiyyətdə palma yağının digər bitki yağları ilə müqayisədə daha təhlükəli olması barədə fikir yayılıb, lakin bu yanaşma doğru deyil.
Qoşqar Təhməzlinin sözlərinə görə, palma yağı da digər bitki mənşəli yağlar kimi insan qidası üçün yararlı yağ hesab olunur. Dünyada istehsal edilən qənnadı məhsullarının təxminən 35 faizində palma yağından istifadə edilir.
AQTA sədri bildirib ki, palma yağının qida sənayesində geniş tətbiq olunmasının əsas səbəblərindən biri onun təbii olaraq qatı formada olmasıdır. Bu xüsusiyyət palma yağının əlavə emal proseslərindən daha az keçməsinə imkan yaradır və nəticədə məhsulun maya dəyəri daha ucuz başa gəlir.
Onun sözlərinə görə, məhz bu amil palma yağının bazarda digər yağları sıxışdırmasına səbəb olub. Qoşqar Təhməzli qeyd edib ki, qarğıdalı və günəbaxan yağı istehsalı ilə məşğul olan bir sıra iri müəssisələr və bəzi ölkələrdə bu sahə üzrə fəaliyyət göstərən dairələr palma yağı ilə bağlı mənfi məlumatların yayılmasında maraqlı olublar.
AQTA sədri vurğulayıb ki, palma yağı ilə bağlı əsas məsələ onun mənşəyi deyil, keyfiyyət və təhlükəsizlik göstəriciləridir. Onun sözlərinə görə, digər bitki yağlarında olduğu kimi, palma yağında da çirkləndirici maddələrin səviyyəsi, trans yağların miqdarı və normativ göstəricilərə uyğunluq yoxlanılmalıdır.
Qoşqar Təhməzli aparılan yoxlamaların nəticələri barədə də məlumat verib. O bildirib ki, ekspertizaya cəlb edilən 73 nümunədən 16-da uyğunsuzluq aşkarlanıb.
Uyğunsuz hesab edilən məhsullardan 6 min 392 kiloqramı məhv edilib, 62 min 440 kiloqramı isə insan qidası üçün yararsız sayılaraq utilizasiyaya yönəldilib.
Bununla yanaşı, həmin məhsulların sahibkarlara insan qidası kimi deyil, digər istehsal sahələrində istifadə olunması üçün verildiyi bildirilib.
AQTA sədri yekunda qeyd edib ki, palma yağını digər bitki yağlarından daha təhlükəli məhsul kimi təqdim etmək düzgün deyil. Əsas məsələ istənilən yağ məhsulunun qida təhlükəsizliyi tələblərinə uyğun olması, laborator yoxlamadan keçirilməsi və normativ göstəricilərə cavab verməsidir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Bu gönderiyi Instagram'da gör
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat sonra
- 8 d. əvvəl
-
-
19 d. əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 23 d. əvvəl
-
1 saat əvvəl
Tabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
1 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
1 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
-
1 saat əvvəl
20 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub - SİYAHI, YENİLƏNİR
-
2 saat əvvəl
Mərkəzi Bank: Gündəlik 20 min manatlıq kart köçürmələri şübhə yarada bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
13%-lik istiqrazları 71 investor aldı
Ən çox oxunanlar
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
“Azər Türk Bank”ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
ATB-nin xalis mənfəəti 62% artıb
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb ®
























