AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib
(®) AccessBank ölkədə qadın sahibkarlığının inkişafına dəstək məqsədilə həyata keçirdiyi regional Access2Success təşəbbüsünü davam etdirir. Layihə çərçivəsində növbəti maarifləndirici görüş Xankəndidə fəaliyyət göstərən sahibkar xanımlar üçün təşkil olunub.
Access2Success layihəsinin məqsədi Qarabağ bölgəsində fəaliyyət göstərən qadın sahibkarların biznes bilik və bacarıqlarının inkişafına dəstək olmaq, onların sahibkarlıq fəaliyyətini daha inamlı və dayanıqlı şəkildə inkişaf etdirmələrinə töhfə verməkdir.
Qarabağ Təlim Mərkəzinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə iştirakçılar üçün biznes fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən təlim sessiyaları təşkil edilib. Sessiyalar interaktiv formatda keçirilib, iştirakçılar praktiki nümunələri müzakirə edib, ekspertlərə suallar ünvanlayaraq mövzular ətrafında fikir mübadiləsi aparıblar. AccessBank-ın mütəxəssisləri biznesin hüquqi əsasları və yoxlamalar, marketinq kommunikasiyaları, maliyyə savadlılığı, kredit məhsulları, eləcə də effektiv şəxsi təqdimat mövzularında bilik və təcrübələrini iştirakçılarla bölüşüblər.
Tədbirdə spiker qismində Qarabağ Ərazi Vergilər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Orxan Ahənçi çıxış edib. O, sahibkarları vergi öhdəlikləri, hesabatlılıq tələbləri və qüvvədə olan qanunvericiliyin əsas məqamları barədə məlumatlandırıb, iştirakçıları maraqlandıran sualları cavablandırıb.
AccessBank üçün Access2Success təşəbbüsünün Xankəndidə həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Qarabağda fəaliyyət göstərən qadın sahibkarlarla bir araya gəlmək, onların peşəkar inkişafına dəstək olmaq və regionda sahibkarlığın güclənməsinə töhfə vermək qürurvericidir. AccessBank qadın sahibkarlığının inkişafına yönəlmiş maarifləndirici və dəstəkləyici təşəbbüslərini bundan sonra da ölkənin müxtəlif regionlarında davam etdirəcək.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərəxidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə www.accessbank.az müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
4 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
5 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 5 saat əvvəl
-
6 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı


























