Bank yeni konsept əsasında İçərişəhər və Masazır filiallarını istifadəyə verib
Ölkənin birinci bankı Kapital Bank müştərilərinə daha rahat və əlçatan xidmət göstərmək məqsədilə xidmət şəbəkəsini genişləndirməyə davam edir.
Marja xəbər verir ki, Bank bu istiqamətdə yeni konsept əsasında inşa olunan İçərişəhər və Masazır filiallarını müştərilərinin istifadəsinə verib. Bununla da Kapital Bank hazırda 116 filial, 51 şöbə və 1274 ATM ilə ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankdır.
Kapital Bank gündəlik bank əməliyyatlarının böyük hissəsini Birbank mobil tətbiqi vasitəsilə müştərilərinə tam rəqəmsal şəkildə təqdim edir. Bankın yanaşması müştərinin harada yaşamasından və ya işləməsindən asılı olmayaraq ona həm rəqəmsal, həm də fiziki xidmət kanallarında eyni rahat və keyfiyyətli bankçılıq təcrübəsini təqdim etməkdir.
Yeni filiallar tamamilə yeni konsept əsasında inşa olunub. Daha müasir interyer, funksional xidmət zonaları və rahat gözləmə məkanları ilə fərqlənən bu konsept müştəri təcrübəsini daha da yaxşılaşdırmağı hədəfləyir. Eyni zamanda 2026-cı il ərzində İnşaatçılar, Xəzər və Binəqədi filialları da yeni konseptə uyğunlaşdırılaraq müştərilərin istifadəsinə verilib. Bankın bundan sonra istifadəyə veriləcək bütün yeni filialları da məhz bu konsept əsasında fəaliyyət göstərəcək.
Yeni filiallarda müştərilərə əmanətlər, debet və kredit kartları, müxtəlif növ kredit məhsulları, hesablaşma-kassa əməliyyatları, valyuta mübadiləsi və digər bank xidmətləri daxil olmaqla bütün növ bank məhsul və xidmətləri təqdim olunur.
Qeyd edək ki, Kapital Bank xidmət şəbəkəsini ölkənin bütün regionlarında, həmçinin Qarabağda ardıcıl şəkildə genişləndirir. Bank hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Zəngilan, Laçın, Xankəndi, Cəbrayıl və Şuşa şəhərlərində də fəaliyyət göstərir. Beləliklə, müştərilər yaşadıqları və ya çalışdıqları bölgədən asılı olmayaraq, onlara ən yaxın Kapital Bank filialında bank xidmətlərindən rahat şəkildə yararlana bilirlər.
Beləliklə, Kapital Bank həm rəqəmsal bankçılıq həllərini inkişaf etdirməyə, həm də ölkənin ən böyük xidmət şəbəkəsini genişləndirməyə davam edərək müştərilərinə ehtiyac duyduqları hər yerdə bank xidmətlərini əlçatan edir.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 116 filialı və 51 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
4 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
4 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 4 saat əvvəl
-
5 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 5 saat əvvəl
-
5 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 5 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı




























